Azərbaycan və Türkiyə helikopterləri birgə taktiki-uçuş təlimlərində - VİDEO

img

09-08-2020 [15:30]


Azərbaycan və Türkiyə Hərbi Hava Qüvvələrinin “TurAz Qartalı - 2020” birgə taktiki-uçuş təlimlərinin birinci mərhələsi davam edir.

Müdafiə Nazirliyindən Mia.az-a bildirilib ki, tam hazır vəziyyətə gətirilən helikopterlərin nümunəvi təlim uçuşları keçirilib.

Təlimlərdə hərbi pilotlar şərti düşmənin fəaliyyətinin qarşısının alınması, onun müxtəlif obyektlərinin, hərəkət edən və hərəkətsiz zirehli texnikasının, o cümlədən qəflətən qarşıya çıxan digər hədəflərin aşkarlanması və məhv edilməsi üzrə tapşırıqları yerinə yetirib.

 

Digər xəbərlər
SON XƏBƏRLƏR