Azərbaycanda daha 87 nəfər COVİD-19-a yoluxub, 2 nəfər vəfat edib - 308 xəstə isə sağalıb

img

09-08-2020 [14:07]


Azərbaycanda koronavirus infeksiyasına 87 yeni yoluxma aşkarlanıb, 308 nəfər müalicə olunaraq sağalaraq evə buraxılıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan Mia.az-a verilən məlumata görə, koronavirus üçün götürülən analiz nümunələri müsbət çıxmış 2 nəfər vəfat edib: "Hazırkı dövrədək ölkəmizdə 33 min 568 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 30 min 364 nəfər müalicə olunaraq sağalıb, 490 nəfər vəfat edib. Aktiv xəstə sayı 2 714 nəfərdir".

Digər xəbərlər
SON XƏBƏRLƏR