Pandemiya ilə mübarizədə Azərbaycan modeli dünyaya bir nümunədir...

img

08-08-2020 [15:42]


Kənan Qubadzadə

***

Koronavirusa qarşı mübarizə işində müsbət dinamika müşahidə olunur. İyulun 16-dan bu günə qədər bu müsbət dinamika deməyə əsas verir ki, görülmüş bütün tədbirlər müsbət nəticə verir. Bu tədbirlər nəticəsində vəziyyət bu günə qədər nəzarət altındadır. İyulun 16-dan bu günə qədər yoluxanların sayı sağalanların sayından xeyli aşağıdır.

Pandemiya ilə əlaqədar ölkədə iqtisadi fəallığın aşağı düşməsi, dünyadakı iqtisadi və sosial kataklizmlər fonunda ölkə büdcəsinin gəlir hissəsinin azalması büdcədə dəyişiklik edilməsinə zərurət yaradıb. Cənab prezidentin rəhbərliyi ilə həyata keçirilən məqsədyönlü və operativ qabaqlayıcı tədbirlər nəticəsində bu gün həm sosial, həm də pandemiyaya qarşı mübarizədə əhəmiyyətli addımlar atılıb. Artıq sərtləşdirilmiş tədbirlər nəticəsində koronavirusla mübarizədə müsbət dinamika əldə olunub. Həm sosial, həm də səhiyyə sahəsində bu gün dövlətimiz tərəfindən zəruri və sistemli addımlar atılır. Dövlətimiz pandemiya başlayandan səhiyyə sahəsində ciddi və proqram xarakterli addımlar atdı. Az bir müddətdə tibbi maska istehsalı və digər zəruri tibbi vasitələrin ölkəmizdə istehsalı təmin edildi. Modul tipli xəstəxanaların tikilib istifadəyə verilməsi və müasir tibbi avadanlıqlarla təminatı istiqamətində də təxirəsalınmaz işlər görüldü.

Dövlət başçısının bəyan etdiyi kimi həm pandemiya, həm də neftin qiymətinin aşağı səviyyədə olması bizim gəlirlərimizə mənfi təsir göstərib, ancaq nəzərdə tutulmuş heç bir sosial layihə yarımçıq qalmayıb, yaxud da ixtisar edilməyib. Ölkəmizdə həssas qruplara, pandemiyanın təsirlərinə məruz qalan insanların sosial müdafiəsinin gücləndirilməsinə yönələn dəstək tədbirləri davam edir. Altı yüz min işsiz insan, qeyri-formal məşğul əhali, müvəqqəti öz işini itirən, aztəminatlı təbəqə dövlət tərəfindən qayğı ilə əhatə olunub.

Onlara artıq bir neçə ay ərzində 190 manat birdəfəlik müavinət verilir. Dövlət başçısı həmçinin hazırda sərt karantin rejiminin tətbiq edildiyi 13 şəhər və rayonun bu kateqoriyaya aid insanlarına avqust ayında 190 manatın ödənilməsi barədə müvafiq göstəriş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR