Azərbaycan İnvestisiya Holdinqi hansı işləri görəcək? - Şahmar Mövsümovdan şərh

img

08-08-2020 [12:48]


“Prezidentin ötən gün yaradılmasına fərman verdiyi Azərbaycan İnvestisiya Holdinqinin qarşısında dövlət müəssisələrində şəffaf, korporativ qaydaların, müasir idarəetmə sistemlərinin tətbiqi məsələsi vəzifə kimi qoyulub”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu holdinqin mövcudluğu həm də bir çox sahələrdə liberallaşma proseslərinin başlamasıdır: "Dövlət başçısının dediyim kimi, biz qeyri-neft, özəl sektorun inkişafında maraqlıyıq və dövlət müəssisələrinin şəffaf, effektiv fəaliyyəti də həmin sektorun inkişafına töhvə verəcək”


Digər xəbərlər
SON XƏBƏRLƏR