Kredit ödənişlərində güzəşt, məscidlərin açılması... - Qərargahdan bu məsələlərə də aydınlıq gətirildi

img

08-08-2020 [12:36]


"Təəssüflər olsun ki, məscidlərin açılması məsələsi hələlik müzakirə olunmur”.

Mia.az xəbər verir ki, bunu Prezidentin köməkçisi Şahmar Mövsümov deyib.

Onun sözlərinə görə, bu il xüsusi ildir: "Bu gün əsas məsələ insanların sağlamlığının qorunmasıdır. Ona görə də məscidlərin açılmasına hələ gedə bilmərik”.

Prezidentin köməkçisi bank güzəştlərindən də danışıb.

O deyib ki, Azərbaycan banklarının kredit ödənişlərində vətəndaşlara güzəşt etməsi, gecikmələri nəzərə almaması, onları cərimə etməməsi könüllüdür, insanlara yardım etmək məqsədi daşıyır: “Ola bilər ki, kimlərsə ödəniş imkanı ola-ola vəziyyətdən sui-istifadə edir, banklar da bunu biləndə təbii ki, həmin şəxslərə tədbirlər görürlər”.

Digər xəbərlər
SON XƏBƏRLƏR