"Cərimələrin sərtləşdirilməsi müzakirə olunur" - Nazir müavini

img

08-08-2020 [11:31]


"Bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır:

Mia.az xəbər verir ki, bunu İqtisadiyyat nazirinin müavini Rövşən Nəcəf Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində çıxışı zamanı deyib.

Onun sözlərinə görə, bir sıra iş yerləri və obyektlərinin açılması istiqamətində müzakirələr aparılır: “Biz sahibkar, dövlət, vətəndaş biriliyini bir daha nümayiş etdirəcəyimizə əminik. Yumşaldılma ilə yanaşı, cərimələrin sərtləşməsi, daha sərt cərimə tətbiqi ilə bağlı müzakirələr aparılır. Təkcə maliyyə sanksiyalarından söhbət getmir. Burada daha sərt cəza mexanizmlərinin tətbiqi ilə bağlı müzakirələr gedir”.


Digər xəbərlər
SON XƏBƏRLƏR