Prezidentin köməkçisi brifinqdə: "Hamı karantindən yorulub, ancaq bu virus heç hara itməyib"

img

08-08-2020 [11:17]


Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək".

Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.

O bildiirb ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür, böyük ehtimalla da bu, baş verəcək:

"Odur ki, yumşalmaya addım-addım gedəcəyik. Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. 1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub". 

Prezidentin köməkçisi deyib ki, karantin rejiminin yumşaldılmasını bir çox insanlar qələbə kimi qəbul edir, virusin yox olması kimi təbliğ edir, əsassız iddialar irəli sürür ki, heç harda karantin yoxdur: "İnsanlar maska belə taxmır, amma heç bir ölkədə virusa tam qalib gəlinməyib, Azərbaycan da daxil olmaqla. Bu virus heç hara itməyib, aramızdadır və yoluxdurmaqda davam edir. Təbii ki, karantin rejimi əziyyətdir, hamımız yorulmuşuq, amma gəlin əldə etdiyimiz nailiyyətləri itirməyək və qaydalara əməl edək”.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR