Prezidentin köməkçisi brifinqdə: "Hamı karantindən yorulub, ancaq bu virus heç hara itməyib"
08-08-2020 [11:17]
Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək".
Mia.az xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Prezidentinin Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib.
O bildiirb ki, yumşalma zamanı yoluxmaların yenidən artması mümkündür, böyük ehtimalla da bu, baş verəcək:
"Odur ki, yumşalmaya addım-addım gedəcəyik. Əsas məsələ yoluxma sürətinin azaldılmasıdır. Bunun üçün 3 əsas istiqamət var. 1-ci istiqamət karantin rejiminin qaydalarına əməl etmək, maska taxmaq, əlləri yumaq, məsafə saxlamaqdır. 2-ci istiqamət həmin qaydalara nəzarəti həyata keçirmək. Bunun da əsas yükü dövlətin üzərinə düşür və bu istiqamətdə ciddi addımlar atılacaq. Bu gün Baş Nazir iclas keçirəcək və bu iclasda bütün icra strukturları iştirak edəcək, tapşırıqlar veriləcək. 3-cü istiqamət isə yoluxanların erkən müəyyən edilməsidir. Bunun üçün də ciddi işlər görülüb, hər bir yoluxanın vaxtından müəyyən edilərək təcrid edilməsi nəzərdə tutulub".
Prezidentin köməkçisi deyib ki, karantin rejiminin yumşaldılmasını bir çox insanlar qələbə kimi qəbul edir, virusin yox olması kimi təbliğ edir, əsassız iddialar irəli sürür ki, heç harda karantin yoxdur: "İnsanlar maska belə taxmır, amma heç bir ölkədə virusa tam qalib gəlinməyib, Azərbaycan da daxil olmaqla. Bu virus heç hara itməyib, aramızdadır və yoluxdurmaqda davam edir. Təbii ki, karantin rejimi əziyyətdir, hamımız yorulmuşuq, amma gəlin əldə etdiyimiz nailiyyətləri itirməyək və qaydalara əməl edək”.
Mia.az
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"