İNAM KƏRİMOV 5 AY SONRA YENİ APARAT RƏHBƏRİ TƏYİN ETDİ - Keçmiş aparat rəhbəri isə...
07-08-2020 [21:56]
KTN rəhbəri İnam Kərimov daha bir gözlənilməz təyinata imza atıb.
Mia.az xəbər verir ki, o, Kənd Təsərrüfatı Nazirliyinin Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyevi nazirliyin aparat rəhbəri təyin edib.
Məlumatda bildirilir ki, yeni aparat rəhbəri 1967-ci ildə Biləsuvar rayonunda anadan olub.
Rəfail Quliyev
1988-ci ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Aqronomluq” fakültəsini bitirib. Uzun illər kənd təsərrüfatı sahəsində çalışıb. 2016-2018-ci illərdə Biləsuvar Kənd Təsərrüfatı İdarəsinin (Dövlət Aqrar İnkişaf Mərkəzi) rəisi olub. 2018-ci ilin sentyabrın 3-də Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri təyin edilib.
R.Quliyev ölkə prezidentinin 22 iyun 2009-cu il tarixli sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif olunub. Ailəlidir, 4 övladı var.
Yeri gəlmişkən, qeyd edək ki, nazirliyin əvvəlki aparat rəhbəri Aqil Quliyev bu ilin mart ayında “Aqrar Tədarük və Təchizat” ASC-də idarə Heyətinin sədri vəzifəsində qalmaqalla uzaqlaşdırılan deputat Məlahət İbrahimqızının bacısı qızı Leyla Məmmədovanın yerinə təyin olunub. L.Məmmədova isə həmin vaxtdan A.Quliyevin müavini vəzifəsinə keçirilib.
Bəzi iddialara görə, İnam Kərimov mart ayında həmin ASC-də də yoxlama aparılmasını nəzərə alaraq, L.Məmmədovanı vəzifəsində saxlayıb. Lakin sonradan koronavirusla baölı ölkədə yaranan vəziyyətnazirin adıçəkilən ASC-də planlanan dəyişiklikləri etməsinə mane olub...
Maraqlı məqamlardan biri budur ki, 2018-ci ilin sonunda da “Aqrar Tədarük və Təchizat” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri vəzifəsinin icrası yenə də o zaman Kənd Təsərrüfatı Nazirliyinin Aparat rəhbəri işləyən Aqil Quliyevə tapşırılıb.
Məlumat üçün onu da qeyd edək ki, A.Quliyev aparat rəhbərindən əvvəl Kənd Təsərrüfatı Nazirliyinin daxili nəzarət və audit şöbəsinin müdiri olub. 2018-ci ilin sentyabr ayından isə KTN Aparatının rəhbəri vəzifəsində çalışıb. Dekabrında isə həmin ASC-nin sədri vəzifəsini də icra edib. Lakin az sonra nazir L.Məmməovanı ora sədr göndərib...
AQİL QULİYEV - LEYLA MƏMMƏDOVA
Bundan başqa, həmin ASC-də bu ilin əvvəlində İqtisadiyyat Nazirliyinin də ciddi təftiş aparması haqda məlumatlar var.
Digər maraqlı məqam isə odur ki, A.Quliyev ASC sədri təyin olunandan sonra rayonlardakı şöbələrdə maaşlar xeyli azalıb.
Bu və ya digər maraqlı məqamlarla bağlı oxuculara yaxın günlərdə ətraflı məlumat verəcəyik.
Mia.az
Deputatlar bu tarixdə toplanacaq
Həmyerlimiz Avropa çempionatının oyununa təyinat aldı - EKSKLÜZİV
PENSİYA HAQQINDA QANUN DƏYİŞİR: bu şəxslərin vaxtından əvvəl pensiyaya çıxmaq hüququ olacaq (YENİLƏNİB)
ONLARIN TƏHSİL HAQQINI DÖVLƏT ÖDƏYƏCƏK - Yeni qanun
Bu şəxslərin maaşı artırılır - Məbləğlər
Qəzzada müharibənin 175-cü günü: ölənlərin sayı artıb
Biznesmen deputat Ülvi Quliyev federasiyanın fəxri prezidenti olacaq - O, yeni sayt da yaradıb
Sabah yağış yağacaq
"Bu işdə dərman alverçilərinə kömək edən məmurlar var" - Deputat kimlərin "bostanına daş atdı?"
"Fənərbağça" bu futbolçuya qapını göstərdi: "Özünə yeni klub tap!"
Yunanıstanda güclü zəlzələ olub - 5,8 bal gücündə
Üzərinə həbs qoyulmuş əmlaklar... - Yeni qaydalar müəyyənləşib
Bu qanunu pozanlar cəzalandırılacaq - Detallar
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub