UFC qondarma rejimin "bayrağ"ını qaldıran erməni idmançını cəzalandırdı

img

07-08-2020 [15:10]


UFC döyüş zamanı rinqə Azərbaycanın işğal olunmuş ərazilərindəki qondarma rejimin “bayrağ"ı ilə çıxan erməni idmançı Edmen Şahbazyanı cəzalandırıb.

Bu barədə onun şəxsi məşqçisi Edmond Tarverdyan "news.am"a açıqlamasında deyib.

O, məlum məsələyə görə cərimələndiklərini bildirib. Bundan başqa təxribata imkan verən UFC əməkdaşı vəzifəsindən qovulub.

Edmond Tarverdyan səhvə yol verdiklərini etiraf edib.

"Reebok” şirkəti isə təxribatçı erməni ilə əməkdaşlığı dərhal dayandırıb.

Qeyd edək ki, Azərbaycan təxribata görə UFC prezidentinə etiraz məktubu göndərmişdi./Report

Digər xəbərlər
SON XƏBƏRLƏR