Beyrutda partlayışda ölənlərin sayı 154-ə yüksəlib

img

07-08-2020 [14:25]


Livanın paytaxtı Beyrutda partlayış nəticəsində ölənlərin sayı 154-ə yüksəlib, xəstəxanalarda isə ağır vəziyyətdə 120 vətəndaş var.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə avqustun 7-də Livanın səhiyyə naziri Hamed Həsən məlumat verib.

Onun sözlərinə görə, ağır vəziyyətdə olanların sayı çox olduğundan ölənlərin sayı arta bilər.

Nazir bildirib ki, yaralıların ümumi  sayı 5 minə yaxındır.


Digər xəbərlər
SON XƏBƏRLƏR