"SOCAR və “Azfen”in işçiləri​ yaralanıb" - SOCAR və TƏBİB Sumqayıt Etilen-Polietilen zavodundakı yanğınla bağlı açıqlamalar 

img

07-08-2020 [13:10]


“Sumqayıt Etilen-polietilen zavodu üç gündür dövrü təmirə dayandırılıb. Hazırda zavod fəaliyyət göstərmir və yanğın istehsalat prosesi çərçivəsində baş verməyib”.

Bunu SOCAR-ın ictimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini​ İbrahim​ Əhmədov deyib.

Onun sözlərinə görə, ilkin ehtimal budur ki, hadisə qaynaq işləri zamanı baş verib: “Ehtimal edilir ki, ola bilsin, podradçı tərəfindən aparılan qaynaq işləri zamanı alışma baş verib. Amma bu, araşdırmalardan sonra dəqiqləşdiriləcək. Qısamüddətli alışma olub. Zavoda hər hansı zərər dəyməyib. Lakin bir neçə əməkdaş xəsarət alıb. Xəsarət alanlar arasında həm SOCAR-ın, həm podradçı “Azfen” şirkətinin əməkdaşları​ var. Xəsarət alanların vəziyyəti orta ağırlıqda dəyərləndirilir. Onlar xəstəxanaya yerləşdirilib”/APA.

***

“Sumqayıt Etilen-polietilen Zavodunda baş verən yanğında yeddi nəfər xəsarət alıb, onlardan birinə ambulator yardım göstərilib və evə buraxlıb”.

Bunu isə TƏBİB-in mətbuat xidmətinin rəhbəri Rəvanə Əliyeva deyib.

Onun sözlərinə görə, digər altı nəfər Bakıya, yanıq mərkəzinə göndərilib: “Onlardan birinin vəziyyəti ağırdır”.

Qeyd edək ki, bu gün SOCAR-ın “Azərikimya” İstehsalat Birliyinin Sumqayıt Etilen-polietilen zavodunda yanğın baş verib.


Digər xəbərlər
SON XƏBƏRLƏR