Sumqayıt Etilen-polietilen zavodunda yanğın olub - 8 nəfər xəsarət alıb

img

07-08-2020 [13:03]


Fövqəladə Hallar Nazirliyi Sumqayıtda Etilen-Polietilen zavodunda baş verən yanğınla bağlı məlumat yayıb.

Mia.az FHN-ə istinadla xəbər verir ki, nazirliyin "112" qaynar telefon xəttinə Sumqayıt şəhəri, Səməd Vurğun küçəsində SOCAR-ın “Azərkimya” İB-nın Etilen-Polietilen zavodunda yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış ünvanına cəlb olunub.

Həyata keçirilən təxirəsalınmaz tədbirlər nəticəsində yanğın məhdudlaşdırılıb.

APA-nın əldə etdiyi məlumata görə, yanğında səkkiz nəfər xəsarət alıb. 

Digər xəbərlər
SON XƏBƏRLƏR