"Qucaqlarda heç vaxt oturmamışam, ancaq sənin kimilərin..." -  Brilliant qəzəbləndi

img

06-08-2020 [19:49]


Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə ünvanına yazılan şərhlərə cavab verib.

Mia.az Axşam.az-a istinadla xəbər verir ki, müğənni ünvanına yazılan tənqidlərdən birinə "Qucaqlarda heç vaxt oturmamışam. Amma sənin kimilərin qucağına yox, elə başına daş salmışam" cavabını verib.

İfaçı daha sonra karantindən bəhs edib və efirlərə çıxmamasının səbəbini belə açıqlayıb:

"Azərbaycandan qaçmışam, Səddam Hüseynlə ölkələrdə partlayış edirik. İndi havalar çox istidir, bir az keçsin efirlərə çıxacam.

Bu günlər tez qurtarar, İnşallah. Stresdən danışmayın, Allah tezliklə gözəl günləri bizə yenidən qismət edəcək. Bu pandemiya dünyamızı qaraltdı. İnşallah, tez çıxıb gedər. Pis günün ömrü az olar, gözəl günlərdə görüşərik".


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:42 29.03.2024

Sabah yağış yağacaq

10:49 29.03.2024

YOXSULLUQ və YOXSULLAR