"Azərbaycanda həmin ərazilər tamamilə ciddi nəzarət altına götürülməlidir" - Vahid Əhmədovdan şərh
06-08-2020 [17:15]
Avqustun 4-də Livanın paytaxtı Beyrut şəhərində yerləşən liman bölgəsində dəhşətli partlayış baş verdi. Hazırda Beyrut dünyanın nəzər nöqtələrindən birinə çevrilib, 100-dən artıq insanın öldüyü, 5 minə yaxın insanın yaralandığı Beyrut faciəsindən nəticə çıxarılası çox ciddi məqamlar var.
Öncə partlayışın səbəblərinə diqqət yetirək: Livanın “LBC İnternational” kanalı xəbər verir ki, partlayış 2700 tondan artıq ammonium nitratın (bizdə selitra kimi tanınır) partalaması nəticəsində meydana gəlib. Məlum partlayışın vurduğu ziyanı nəzər alsaq, deyə bilərik ki, Livan dövləti üçün ağır dövr başlayır və böyük ehtimalla qara buludlar uzun müddət Livanın baş üzərindən əksik olmayacaq. Hazırda Beyrutda həyat tamamilə dayanıb.
Şəhər meri Mərvan Abbud bildirir ki, partlayış nəticəsində 15 milyard ABŞ dolları ziyan dəyib. Düşünmək üçün ciddi məqamlar var, 15 milyard bir dövlətin dövlət büdcəsi qədərdir, belə çıxır ki, təkcə Beyrut şəhərini əvvəlki vəziyyətinə gətirmək üçün bu qədər vəsait lazım olacaq. Heç şübhəsiz ki, müxtəlif ölkələr Livana maddi yardım edəcək, amma Livanın problemləri bununla öz həllini tapacaqmı?
Hazırda Beyrutdakı mənzərə, dağıntılar Suriyanı, İraqı xatırladır. Əcəba, niyə? Suriya, İraq hər kəsin gözü qarşısında tədricən hazırkı xarabalığa çevrildi, döyüşlər nəticəsində hər iki ölkə “əriyərək” bu hala düşdü. Amma Livan bir göz qırpımında xarabalığa çevrildi. Bu hansı dəst-xəttidir? Artıq “hərbi taktika”mı dəyişib? Minlərlə ölüm, büdcədən ayrılan milyardlarla pul hesabına Şərq ölkələrində reallaşan uzun müddətli hərbi əməliyyatlar daha əl vermir? Bu dəfə itkisiz və ziyansız? Elə bu qədər sadə?
Rəsmi Beyrut təkcə partlayışın fəsadlarını aradan qaldırmaqla məşğul olmamalıdır. Hadisənin “dəsti-xətti” müəyyənləşdirilməlidir. Bunun üçün kifayət qədər tutarlı səbəblər də var. Məsələn, partlayan ammonium nitrat (həmçinin ammonyak selitrası kimi tanınır) yükü Rusiyanın Xabarovsk şəhərindən olan İqor Qreçuşkinə məxsus "Rhosus" gəmisindən müsadirə olunubmuş. Gəmi selitranı Batumidən Mozambikə aparırmış, lakin texniki problemlərlə bağlı Livanda lövbər salıb. Yoxlamalardan sonra liman rəhbərliyi ona dənizə açılmağı qadağan edib.
Bəs Beyrut faciəsindən Azərbaycan nə üçün nəticə çıxarmalıdır?
“Azsiyasət.com” xəbər verir ki, Azərbaycanda da ammonium nitratdan istifadə olunur və ammonium nitrat (selitra) fermerlərin ən çox itifadə etdiyi gübrədir. Azərbaycanda "selitra" adı ilə tanınan ammonium hələ Sovet dövründən bəri ölkəmizin kənd təsərrüfatında geniş istifadə olunur və tam olaraq, xaricdən idxal olunur. Söz yox ki, Azərbaycanda artıq kabramid istehsal olunur və selitraya alternativ kimi tətbiq olunur.
Nəzərə almaq lazımdır ki, ammonium nitrat terrorçu təşkilatlar üçün əsas maddələrdən biridir. Eyni zamanda, onun saxlanıldığı ərazilər də daim terroçuların nəzər nöqtəsində olub. 2016-cı ildə Türkiyədə maşında bomba partlayışı ilə terror hadisəsi baş verdi. Və bu hadisədən sonra Türkiyədə ammonium nitrat tərkibli maddələr qadağan edildi. Çünki ammonium nitrat açıq şəkildə satılır və bu maddəni asan şəkildə əldə edərək terror məqsədilə istifadə etmək daha da asanlaşır.
Qısa araşdırmalarımız nəticəsində bəlli olur ki, ammonium nitrat həqiqətən də Şərq ölkələrində, eləcə də Qərb dövlətlərində müsəlmanlara qarşı həyata keçirilən terror hadisələrində ən çox istifadə olunan maddədir. Bu maddələr fermerlərdən gübrə məqsədilə toplanır, daha sonra bombalar hazırlanır. Eyni zamanda, müharibə poliqonuna çevrilən ölkələrdə döyüşlər zamanı az miqdarda da olsa, ammonium nitratın saxlanıldığı məkanların partladılması da heç kəsə sirr deyil. Məsələ bundadır ki, ammonium nitrat azot tərkibli maddədir. Bir çox ölkələrdə alternativ maddələr olmadığına görə həl ə də ondan geniş şəkildə istifadə olunur.
Azərbaycanda "selitra təhlükəsi"nin olub-olmaması ilə bağlı “Azsiyasət.com” saytına danışan deputat Vahid Əhmədov bildirdi ki, bu hadisə ilə bağlı hələ bəzi məsələlər araşdırılmalıdır: "ABŞ belə bir məlumat yayıb ki, Beyrutda baş verən partlayış terror hadisəsidir. Bu çox ağır bir hadisədir, şəhəri tamamilə dağıdıb, əhali pis durumdadır. Bizim dövlət də Livana yardım məqsədilə 1 milyon dollar pul ayırdı. Ammonium nitrat maddələrinin saxladıldığı yerlər ciddi şəkildə qorunmalıdır. Belə partlayıcı maddələr və ona yaxın olan maddələrin qorunması həmişə xüsusi və ciddi nəzarət altında olmalıdır. Bu maddənin saxlanıldığı əraziyə giriş-çıxış tamamilə nəzarət altında olmalıdır. Belə maddələrin saxlaıldığı yerlər qapalı olmalıdır. Mən təxminən 1992-1993-cü illərdə bizdəki həmin zavodlarda olmuşam. İndiki vəziyyətdə isə, Azərbaycanda həmin ərazilər tamamilə ciddi nəzarət altına götürülməlidir. Bizim bölgə həssas bölgədir. Yəqin ki, həmin yerlər qorunur. Amma bundan sonra müvafiq dövlət orqanları həmin əraziləri ciddi nəzarətə almalıdır. Bu, dövlətimiz və xalqımızın təhlükəsizliyi baxımından çox vacibdir. Bu məsələ həm də ona görə vacibdir ki, Azərbaycanda bütün millətlərin nümayəndələri yaşayırlar. Bizi istəyən də var, istəməyən də...”.
Samir Feyruzov
Prezident Ərdoğanın ABŞ-a səfəri təxirə salınıb - Açıqlama
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Qalatasaray" 3 xalı 3 qolla qazandı
Nazir xidməti maşınında qəzaya düşüb
Prezident İlham Əliyev Almaniyadan Vətənə dönüb - FOTOLAR
İlham Əliyev Almaniyada: Kanslerlə birgə mətbuat konfransı keçirildi - "Əslində, sualınız təəccüb doğurur, çünki..." (FOTOLAR)
Bakının Nizami rayonunda dərəbəylikdir - FOTOLAR
SƏRHƏDLƏR DƏQİQLƏŞDİRİLiR: nəzərdə tutulan işlərin 35 faizi görülüb
ƏƏSMN-in strukturunda müdir dəyişikliyi olub - Regional idarələrdə kimlərə vəzifələr verilib?
AFFA İntizam Komitəsi "Qarabağ" klubunu cərimələyib
Böhran İdarəetmə Qrupu layihəsinin ilk simulyasiya testi uğurla başa çatdı - VİDEO, FOTOLAR
İLHAM ƏLİYEV BERLİNDƏ TƏDBİRDƏ: "Beləliklə, biz çox məsuliyyətlə davrandıq və..." - FOTOLAR (Yenilənib)
Prezident İlham Əliyev Almaniya XİN rəhbəri ilə görüşüb - FOTOLAR
Nazim Quliyev həbs olunub - Səbəb
Əli Əsədov daha bir qərar imzalayıb
Rusiya müdafiə naziri: "ABŞ Ukraynadakı münaqişəni bilərəkdən uzadır" - "Rusiya bu cür təhdidlərdən çəkinən deyil"
Keçmiş rektor yenidən hakim qarşısına çıxarıldı
Pərviz Şahbazov Biləsuvarda vətəndaşları qəbul edib
Penitensiar Xidmətin sabiq rəisinin ifadəsi yayılıb
Türkiyədə "terror əməliyyatı": daha 19 şübhəli tutulub
Vüqar Dadaşlı Nərimanovda həbs olunub
CHP-dən "Ərdoğanla görüşməyin" deyən Kamal Kılıçdaroğluna cavab verildi: "Gələcəyə yumruq sıxaraq gedəmmərik"
Dəri xərçənginə qarşı ilk peyvənd sınaqdan çıxarılır - İngilis alimləri mühüm kəşfə imza atır
"Kəpəz hospital"da əməliyyat olunan uşaq ölüb
Bəkir Orucov: "Mən arxası, pulu olmayan, öz zəhməti ilə bu pilləyə çatan generaldım"
“GSMA M360 Eurasia 2024” konfransında ən son rəqəmsal tendensiyalar müzakirə ediləcək
Sabahın hava proqnozu açıqlandı
Şolts: "Bakıda noyabrda keçiriləcək COP29 da uğurlu olacaq"
XİN sözçüsündən Avropa Parlamentinin qətnaməsinə reaksiya: "Bu, açıq siyasi sifarişindən başqa bir şey deyil"
Sensasion olay: partiya fəalı şantaj üçün özünü yerə atdı və... - Ancaq telefon çəkilişi iyrənc niyyəti deşifrə edib (VİDEO, FOTOLAR)
Şirvanda əməliyyat: saxlanılanlar var - FOTO
Nəsimi rayonunda akademik Zərifə Əliyevaya həsr olunmuş adlı tədbir keçirilib - FOTOLAR
“Neftçi”nin şikayətinə "yox" deyildi
Kılıçdaroğlu CHP sədrinə "təpindi": "Sarayla müzakirə deyil, mübarizə apararlar" - "Ərdoğanın qərarlarına ortaq olma"
"MOSSAD HƏMAS LİDERLƏRİNİ ÖLDÜRMƏLİ, QƏZZA İSƏ YOX EDİLMƏLİDİR" - İsrailli nazir hökumətə səsləndi
Azərbaycan hökuməti Qorxmaz İbrahimliyə cərimə ödəyəcək - Qərar