Bakıdan 40 nəfəri Lerikə aparmaq istəyən avtobus sürücüsü saxlanıldı - FOTO
06-08-2020 [12:39]
Karantin qaydalarını pozaraq Bakı şəhərindən bölgələrə sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Mia.az-a verilən məlumata görə, həyata keçirilən tədbir nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Bakı şəhər sakini Nizami Ayvazov idarə etdiyi “Skayner” markalı sərnişin avtobusu ilə paytaxt qeydiyyatında olan sərnişinləri Lerik rayonuna aparmaq istəyən zaman Bakı-Qazax yolunun 65-ci kilometrliyində quraşdırılan xüsusi karantin postunda yol polisləri tərəfindən saxlanılıb.
Qeyd edək ki, sürücü əvvəlcə avtobusla postda olan yük maşınları üçün nəzərdə tutulan zolaqdan keçməklə yoxlamadan yayınmaq istəyib. Daha sonra postda xidmət aparan yol polisləri tərəfindən sürücü məcburi qaydada saxlanılıb. Nəqliyyat vasitəsinin salonuna baxış zamanı 40 nəfər bir-biri ilə yaxın qohumluq münasibətində olan paytaxt qeydiyyatında olan sərnişinin karantin qaydalarını pozaraq Lerik rayonuna getmək istədikləri məlum olub. Avtobusda olan şəxslərdən 14-ü yetkinlik yaşına çatmayan azyaşlılar olub.
İstirahət məqsədi ilə yaxın qohumlarını və ailəsini bir yerə cəmləyərək avtobus sifariş verən və tədbiri təşkil edən Fikrət Əliyev və digər 25 sərnişin barəsində inzibati qaydada protokol tərtib edilərək onlar cərimə olunublar. Sürücü Nizami Ayvazov barəsində isə inzibati qaydada qərar qəbul edilməsi Qaradağ Rayon Polis İdarəsinin 11-ci Polis Bölməsində toplanan materiallar məhkəməyə göndərilib.
Daxili İşlər Nazirliyi bir daha karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizam tədbirləri görüləcək.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb