Azərbaycanlı həkim: "Koronaviruslu xəstələrin 97%-də simptomlar 11-12-ci günlərdə üzə çıxır"
06-08-2020 [12:05]
Mərkəzi Gömrük Hospitalı iyunun 11-dən etibarən pandemiya xəstəxanası kimi fəaliyyət göstərir.
Mia.az "Report"a istinadla Mərkəzi Gömrük Hospitalında COVID-19 xəstələrinin müalicəsində iştirak edən ümumi cərrah Namiq Novruzovun virusla bağlı müsahibəsini təqdim edir:
- Yeni virus nə üçün təhlükəlidir?
- İstənilən infeksion xəstəliyin törədicisi onun virulentliyi, patogenliyi və kontagiozluğu, yəni yoluxdurma gücü ilə xarakterizə edilir. Virulentlik dedikdə - virusun insan orqanizmini yoluxdurması qabiliyyəti başa düşülür. Elmdə virulentlik gücü yoluxdurucu doza və öldürücü doza kimi göstəricilərlə ifadə edilir. Virulentlik riyazi olaraq insanı yoluxdurmaq üçün tələb olunan minimal virus hissəciklərinin sayı ilə ifadə edilir. Virusu orqanizmdən kənar laborator şəraitdə saxladıqda onun virulentliyi azalır. Deməli virusun yaşaması üçün onun insan orqanizminə ehtiyacı var. Qeyd edim ki, COVID-19 virusunun virulentlik göstəricisi dəqiq bəlli deyil. Ümumidünya Səhiyyə Təşkilatının açıqlamasına görə bizim bu gün qarşılaşdığımız SARS Cov-2 virusu virulentlik baxımından 2002-2003-cü illərdə atipik pnevmoniya törədicisi olan SARS və 2015-ci ildə rast gəlinən MERS viruslarından daha güclüdür. Təbii ki, yalnız virulentliyi yüksək olan infeksion xəstəliklər cəmiyyət və bütövlükdə bəşəriyyət üçün təhlükə daşıyırlar.
- Patogenlik nədir?
- Virusun digər göstəricisi onun patogenliyidir. Bu infeksion törədicinin orqan və toxumalarda yaratdığı qeyri-normal, patoloji vəziyyətdir ki, bu da xəstəliyin simptomlarının yaranmasına səbəb olur. Patogenlik göstəricisinə görə Vəba və Ebola çempion sayılır. İlk etaplarda tənəffüs yolları və ağciyərlər zədələnsə də hazırda aparılan araşdırmalar virusun baş- beyin, böyrəklər, qaraciyər, mədəaltı və vəz kimi üzvləri də zədələdiyi sübuta yetirilib.
- Virusun yoluxdurma gücünü necə başa düşmək olar və ya xəstə şəxs neçə sağlam adamı yoluxdura bilər?
- Bu göstərici kontagiozluq indeksi (R0 ) anlayışı ilə izah edilir. Yəni;
Məsələn, 1918-ci ildə 50 milyon insanın ölümünə səbəb olan H1N1 İspan qripi virusun kontagiozluq indeksi 1,4-2,8 arasında olmuşdur. Eyni virus 2009 ildə təkrar baş qaldırdıqda onun kontagiozluq indeksi 1,4-1,6 aralıqda qeyd edilib. Lakin bu virusa qarşı vaksinin və antiviral preparatların olması sayəsində epidemiyanın inkişafının qarşısı alınmışdır. Müqayisə üçün qeyd edim ki, qızılca xəstəliyi bu baxımdan R0 - 18 göstərici ilə birincidir. QİÇS üçün bu göstərici 4-ə, Hepatit C və Ebola virusları üçün isə 2-yə bərabərdir.
Bu gün üz-üzə qaldığımız COVID-19 virusunun kontagiozluq indeksi başlanğıcda 2.2-2.7 aralıqda seyr edilsə də, “Emerging Infectious Diseases” jurnalının son araşdırmalara görə bu göstərici 5,7 qədər yüksəlmişdir. Bu o deməkdir ki, COVID-19 virusuna yoluxmuş xəstə virusu 5-6 sağlam adama ötürə bilir. Məhz buna görə Azərbaycanın tətbiq etdiyi profilaktik önləyici tədbirlər, tibbi maarifləndirmə və hazırda tətbiq edilən karantin şərtləri cox əhəmiyyətlidir. Bu göstəricinin diqtə etdiyi digər şərt isə COVID-19 virusunu dayandırmaq üçün populyasiyanın 80%-dən çoxunun immunizasiya edilməsinə yaranan təlabatdır.
- Xəstəliyin gizli dövrü nə qədərdir?
- Xəstəliyin gizli dövrü onun inkubasiya müddəti adlanır. ABŞ-ın Johns Hopkins Universitetinin araşdırmalarının nəticələrinə görə COVID-19 virusuna yoluxma anından xəstəliyin ilkin simptomlarının meydana çıxmasına qədər ortalama 5 gün vaxt tələb olunur və pasiyentlərin 97%-də simptomlar 11-12-ci günlərdə üzə çıxır. Məhz bu göstəriciyə görə şübhəli bilinən şəxslər epidemioloji baxımdan 14 günlük karantində saxlanılır.
- Simptomlara görə xəstəliyin neçənci gündə olmasını söyləmək olarmı?
- Xəstəlik adətən hərarətin yüksəlməsi, yorğunluq, halsızlıq, baş ağrıları, başgicəllənmə, quru öskürmə ilə başlayır. Bəzi xəstələrdə ürəkbulanma və qusma müşahidə edilir. Təngənəfəslik adətən 5-ci gündən izlənilir. Pasiyentlər orta hesabla xəstəliyin 7-ci günü hospitalizasiya edilirlər. Kəskin tənəffüs yetməzliyi kimi təhlükəli ağırlaşma isə çox zaman 8-ci gün müşahidə edilir.
- Xəstəlik dövrü neçə gün davam edir?
- Sağalma müddəti xəstəliyin yüngül və ya ağır formada getməsindən asılı olur. ÜST-nin məlumatlarına əsasən yüngül gedişatlı xəstələrdə ilkin əlamətlərinin yaranmasından klinik sağalmaya qədər 2 həftə vaxt tələb olunur. Xəstəliyin ağır gedişatında sağalma 3-6 həftəyə qədər uzana bilər. Letal sonluqlar isə 2-8 həftə aralıqlarda müşahidə edilib. Çində aparılan bir araşdırmada sağalan və PCR testi neqativ olan 22 pasiyentin ağız suyunda 39 gün sonra COVID-19 virusunu təyin ediblər. Bu səbəbdən pasiyentlər sağalıb evə buraxıldıqdan sonra bir neçə həftə ev şəraitində karantində olmalıdırlar.
- Xəstəliyin diaqnostikasında hansı testi vermək daha doğrudur?
- Diaqnostik testlər aktiv infeksiyanı aşkar etmək üçün icra olunur. COVID-19 xəstəliyinin diaqnostikasında 2 test yayğın istifadə edilməkdədir: burun udlaqdan alınan yaxma nümunələrində polimeraz zəncirvari reaksiya (PZR) testi və qan nümunələrində COVID-19 qarşı İgM və İg G anticisimlərin təyini üçün testi. PZR testi virusun genetik materialının təyin edilməsinə yönəlib. Virusa qarşı İgM və İg G anticisimlərin təyini üçün testi isə virusun səthinə olan spesifik proteinlərin təyini üçün nəzərdə tutulub. Beynəlxalq ekspertlərin rəyinə əsasən xəstəliyin 8-ci günü PZR testi həssaslığı maksimal 66-80% səviyyədə olur və bu testin yalnış pozitiv olma ehtimalı minimaldır. Xəstəliyin aktiv alovlanma dövründə məhz PZR testi götürülməsi tövsiyyə olunur.
Son beynəlxalq araşdırmalara görə xəstəliyin ilkin əlamətləri üzə çıxdıqdan 7 gün sonra COVID-19 virusuna qarşı İgM və İg G anticisimlərin təyini üçün testi yalnız 30% hallarda pozitiv olur. Xəstəliyin başlanğıcından 2 həftə sonra isə bu testin həssaslığı 70%, 20-21-ci günlər isə 90%-ə qədər yüksəlir. Bu testin yanlış pozitiv olma ehtimalı 2% təşkil edir. Göründüyü kimi, COVID-19 qarşı İgM və İg G anticisimlərin təyini üçün testi xəstəliyin aktiv dövründə diaqnostik əhəmiyyəti çox aşagıdır və bu məqsədlə aparılması məsləhət deyil. Xəstəliyin diaqnostikası həkim mütəxəssis tərəfindən dəqiqləşdirilir. Bu zaman kliniki gedişat, digər laborator və radioloji müayinə nəticələri, misal üçün Kompüter Tomoqrafiyası həlledici ola bilər.
- Xəstəliyə təkrar yoluxma ehtimalı varmı?
- COVID-19 virusuna yoluxmadan sonra xəstələrin orqanizmində həmin virusa qarşı anticisimlər yaranır. Daha doğrusu immun sistemi virusla mübarizə aparmaq üçün bu aktiv zülalı yaradır. Erkən dövrdə xəstəliyin ilk 7-ci günündə immunoqlobulin M adlandırılan zülallar yaranır. Qanda İgM təyin edilməsi xəstəliyin aktiv dövrünün diaqnostikası üçün istifadə edilir. İmmunnoqlobulin G (İgG) isə xəstəliyin 7-10-cu günlərində təyin edilir. Lakin qanda İgG zülalının hansı miqdarda olması orqanizmi təkrar yoluxmadan qoruduğu bəlli deyil. Orqanizmin hüceyrə immuniteti adlandırdığımız T-hüceyrələrin də yeri virusdan qorumada araşdırılmayıb. Yəni xəstəlik yeni olduğu üçün onun immunologiyası öyrənilməyib, eyni zamanda epizodik təkrar yoluxma halları qeyd edildiyi üçün bu sualın cavabı bəlli olacaq.
ABŞ-İran danışıqları nə vaxt olacaq? - Ağ Evdən açıqlama
Qəddafinin varisi öldürüldü, yoxsa... - Müşaviri və rəsmi agentlik "hə", ordu isə "yox" deyir
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
ABŞ-dan İranın hərbi həmləsinə - Reaksiya
Myanmada zəlzələ oldu - 5.9 bal gücündə
İsrail və Azərbaycan süni intellekt sahəsində əməkdaşlıq edəcək - Netanyahunun iştirakı ilə memorandum imzalandı
NATO Baş katibi Kiyevdə: "Yerdə qoşunlar, havada reaktiv təyyarələr, Qara dənizdə gəmilər..." - "Qış soyuq ola bilər, amma yaz mütləq gələcək"
Polkovnik və digər iki nəfərin məhkəməsi davam edir
"Gənclərbirliyi"nin keçmiş futbolçusu geri döndü
MEDİA-nın Müşahidə Şurasının 2026-cı il üzrə ilk iclası keçirilib
"Biz heç bir qanunsuz işlə məşğul olmuruq" - Ümid Abuzərli
Mərkəzi Hərbi-Həkim Komissiyasının sabiq rəisi saxlanılıb
Mədəniyyət naziri ABŞ diplomatı ilə görüşüb
Sosial mediada saxta kredit elanları... - Haker şəbəkəsi zərərsizləşdirildi (DETALLAR)
Azərbaycan Kuboku: təyinatlar bəlli oldu
"Beşiktaş" hücum xəttini gücləndirir - Daha bir transfer xəbəri var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Fransada təxminən 4,2 milyon bomj var - Hesabat
Ərdoğan Səudiyyə Ərəbistanı və Misirə gedib - FOTO (YENİLƏNİB)
Dünyanı silkələyən "Epşteyn işi": səfir vəzifədən uzaqlaşdırıldı
Harutyunyan, Qukasyan, Sahakyan, İşxanyan.. - Onlar hakim qarşısına bu tarixdə çıxarılır
Naxçıvan Muxtar Respublikasının Konstitusiyasının Preambulası dəyişir - Nələr olacaq? (TƏHLİL)
AQTA yanında İctimai Şuranın sədri vəzifəsinə seçki olub
"Qalatasaray" "Volfsburq"un futbolçusu ilə anlaşdı
"Azercell” “Tələbə Təqaüdü Proqramı 2026”nı elan edir
Elmar Məmmədyarov Epşteynlə görüşüb? – Sabiq nazirdən açıqlama
Veysəloğlu Şirkətlər Qrupuna daxil olan "Ulduz" Şokolad Fabriki KOSHER sertifikatı əldə edib
Aİ ölkələri səfirləri İran Xarici İşlər Nazirliyinə çağırılıb
"Tiktoker Roşka"nın məhkəmə prosesi təxirə salınıb
"Çatlayın, partlayın, ölün" - Rəqsanə ilə şoumen aparıcı barışdı, izləyiciləri aşağıladılar + VİDEO
Sektor ləğv olundu, "alma ovçusu" yeni vəzifəyə gətirildi
GƏNCƏDƏ SENSASİYALI OLAY: "Kəpəz"in bakılı futbolçusu vuruldu, vəziyyəti ağırdır (YENİLƏNİB)
Yazıçılar Birliyinin növbəti qurultayının tarixi məlum olub
KREDİT MÜQAVİLƏLƏRİ: banklar sənədləri niyə tələsik imza atdırır?
ÇL-dən milyonlarq azanan "Qarabağ" 100 min avroya futbolçu alıb
AHİK-də daha bir dəyişiklik - Jurnalist vəzifədən niyə ayrıldı?
“Baku Medical Plaza” qanunsuzluq: səhv aparılan sinəkiçiltmə əməliyyatı və...- Cərrah 15 min təzminat ödəyəcək
Bakıya sulu qar və qar yağacaq - Sabahın hava proqnozu
"Mercedes"dən FIA-ya şikayət olunub - Səbəb bəllidir, cavab isə...
"Beşiktaş" afrikalı yarımmüdafiəçi ilə anlaşdı
Polis əməliyyatı: iki nəfər 26 kq narkotiklə tutulub