"Biz insanları işsiz saxlaya bilmərik" - Vahid Əhmədov manatın məzənnəsi ilə bağlı məsələ də qaldırdı

img

06-08-2020 [11:42]


“Koronavirus pandemiyası Azərbaycan iqtisadiyyatına da təsir edib və etməkdədir”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bəzi məsələlər siyasiləşdirilir: “Türkiyədə bütün xidmət sahələri işləyir. Ancaq bununla yanaşı ciddi karantin qaydalarına əməl edilir. Azərbaycanda iş yerlərinin açılmaması prosesi davam etsə, biz ciddi problemlərlə qarşılaşacağıq. Biz insanları işsiz saxlaya bilmərik. Nazirlər Kabineti və Operativ Qərargah tərəfindən işləməsi vacib sayılan sahələrin xüsusi siyahısı hazırlanmalıdır”.

Deputat həmçinin deyib ki, manatın gələcək məzənnəsinə aydınlıq gətirmək lazımdır: “Çünki neftin qiyməti aşağı düşürsə, manatın məzənnəsində problem yarana bilər”.

Report


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA