Təhsil haqlarının ödənilməsinə 40 milyon manat vəsait ayrılacaq

img

06-08-2020 [11:29]


“2019-2020-ci tədris ilində ali məktəblərdə ödənişli təhsil alan 15 200 tələbənin təhsil haqqının ödənilməsi üçün 40 milyon manat vəsait nəzərdə tutulub”.

Bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili parlamentin bu gün keçirilən plenar iclasında deyib.

“Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq dövlət büdcəsində ölkənin təhlükəsizlik və müdafiə qabiliyyətinin artırılması üçün yetərli qədər vəsait ayrılıb. Buna heç kimin şübhəsi olmasın”, deputat əlavə edib.

O bildirib ki, dövlət büdcəsi və ölkəmizin ehtiyyatları müdafiə qabiliyyətinin gücləndirilməsinə imkan verir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA