"Hökumət əhaliyə kommunal güzəştlər etməli idi" - Ekspertdən şərh
06-08-2020 [10:23]
Karantin rejiminin 31 avqustadək qüvvədə olması və iş yerlərinin tam açılmaması yenidən başqa problemləri, kommunal xərcləri gündəmə gətirir.
Məlumdur ki, karantin səbəbilə əhalinin böyük hissəsi evdədir və bu səbəbdən də əvvəlki aylarla müqayisədə karantin aylarında su, işıq kimi həyati önəm daşıyan vasitələrdən daha çox istifadə edilir ki, bu da kommunal xərclərin artımı ilə nəticələnir.
İşsizliyi və gəlirlərin azlığını da nəzərə alsaq, deyə bilərik ki, kommunal xərcləri ödəmək insanlar üçün hazırkı məqamda kifayət qədər çətinləşib.
Aztəminatlı ailələrə ödənilən 190 manatla isə xərclərin qarşısını tam almaq heç şübhəsiz ki, mümkün deyil.
Bəs çıxış yolu nədir? Kommunal xərclərdə heç olmazsa, 50 faizlik güzəşt edilə bilərmi?
Bu barədə iqtisadçı-ekspert Natiq Cəfərli bildirib ki, bu güzəştlərin artıq aprel ayından etibarən edilməsi gərəkirdi:
"Əslində, kommunal güzəştlər daha öncədən tətbiq olunmalıydı. İndi demək olar ki, sayğacların böyük əksəriyyəti smart sayğaclardır. Kartla öncədən ödəniş etmək olur, sonradan bu sayğaclara yüklənilir. Həm işıq, həm su, həm də qazla bağlı smart sayğaclara vurulan vəsait avtomatik olaraq 2-yə qatlanmalıdır. Bunun həyata keçirilməsi asanlıqla mümkündür. Çünki bütün aparatlarda proqram təminatı çox qısa bir zamanda dəyişdirilir. Nəticə etibarilə, ödənişlərdə 50 faiz güzəşt olunur. Yəni 10 manatlıq ödəniş yüklənirsə, 20 manatlıq istifadə edə bilirsən. Əsasən də, yay aylarında daha çox elektrik enerjisinə və suya tələbat yaranır.
Kondisionerlər işləyir, virusun yayılması səbəbilə sudan gigiyenik qaydalara əməl olunması üçün tez-tez istifadə olunur. Bütün bunları nəzərə alıb güzəştlər edilməli idi. Təəssüf ki, kommunal xərclərə edilməli güzəştlər gecikdirildi. Bu aprelin sonunda artıq tətbiq olunmalı idi. Düşünmürəm ki, yaxın zamanlarda kommunal güzəştlərlə bağlı hansısa addım atılsın”.
Xatırladaq ki, Milli Məclisin deputatı Razil Nurullayev də hələ mart ayında kommunal ödənişlərin sıfırlanmasını, kreditlərin dondurulmasını təklif etmişdi. /Cebhe.info
TRT 1-də yayımlanan serialın arxa planında rüsvayçılıq: 21 yaşlı saç ustasını zorlamaq istəyiblər
İsveç Latviyaya qoşun göndərəcək - Baş nazirdən açıqlama
ABŞ Suriyadakı bazalarını gücləndirir - 40 zirehli maşınla əlavə canlı qüvvə göndərilib
Rəsmi Moskvadan Baydenin gizli qərarına reaksiya: "Bu, Ukrayna üçün daha çox problem yaradacaq”
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Keçmiş klub prezidenti həbs edilib
İLHAM ƏLİYEV BERLİNƏ GEDİB - FOTO
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)