ŞƏKİDƏN PREZİDENTƏ ŞOK MÜRACİƏT: "Halal yolla dolanmağa imkan vermirlər..."
06-08-2020 [09:17]
2-ci qrup əlilin haqlı qanuni tələblərinə kimlər mane olub?
***
Şəki rayonu, M.Ə.Rəsulzadə prospekti, bina 168, mənzil 21-də yaşayan, ikinci qrup əlil Rəhimə Novruzəliyeva Prezident İlham Əliyevə şikayət məktubu ünvanlayıb.
Mia.az-a daxil olan şikayət məktubunun surətində o, bildirb ki, yerli məmurların qanuni tələblərinə məhəl qoymaması səbəbində illlərdir əlil kimi heç bir haqlarından, o cümlədən vətəndaş hüquqlarından yararlana bilməyib:
"Prezident İlham Əliyev 29 iyul 2020 tarixində Şəkiyə səfərə gəldi. Lakin təəssüf ki narazı əhali ilə görüşmədi. Narazı vətəndaşların şikayətlərini problemlıərini dinləməyə vaxt ayırmadı. Rayon rəhbərliyinin özbaşınalığı isə yenə də davam edir.
Mən 2012- ci ildən bu günə qədər 4 dəfə Prezident Aparatına şikayətə getdim. Prezidentin o zamankı müşaviri Əli Əsədovun (Hazırda Baş Nazir) qəbulunda oldum. Lakin vətəndaşları Ə.Əsədov deyil, onun Ətitə adında katibəsi qəbul edirdi. Xeyli vaxt keçəndən sonra haqlı şikayətlərimə "sizin müraciətiniz baxılması üçün Şəki RİH-ə göndərildi" cavabını verdilər.
Aradan keçən 8 il mənim ömrümdən çalınan illər oldu. Bu illər ərzində dəfələrlə Şəki ŞİH-in başçısı Elxan Uusbovun qəbulunda oldum, ərizə təqdim etdim. Lakin təəssüf ki, mənim müraciətlərimə E.Usubov deyil, onun I müavini Həsən Həsənovun imzası ilə tövsiyyə xarakterli rədd cavabı verildi.
Amma bildiyiniz kimi, rayonlarda əhalinin bütün tələblərinə İcra Hakimiyyəti baxır. Bəs yaxşı mənim haqlı tələbimə niyə rədd cavabı verilir? Səbəb nədir?
Bunun səbəbi hələ uzaq 2003 cü ilin sentyabr ayından başlanıb. Bu barədə geniş yazmaq istəmirəm. Çünki o zamandan iki icrabaşçısı dəyişib, lakin I və II müavinlər dəyişməyib. Bir sözlə, rayon rəhbərliyində əsas söz sahibləri Həsən Həsənov və Firon Əliyevdir.
Şəki İcra başçısının I müavini Həsən Həsənov, həm də YAP-ın Şəki təçkilatının sədridir. İndi hakim partiyanın üzvü və cavabdehi dövlətin qanunlarını pozursa, prezidentin xəbərdarlıqlarına məhəl qoymadan öz çirkin əməllərinə davam edirsə, başqalarını hansı əsasla qınamaq olar?
İcra başçısı Elxan Usubova gəldikdə isə, o, Baş Prokurorun keçmiş müavini Rüstəm Usubovun əmisi oğlu olduğundan istənilən qanunsuzluqlarını görməzdən gəlirdilər...
Elxan USUBOV
İndi isə Prezidentin komandasında dəyişiklik edilib.Yeni müavinlər köhnələrdən fərqli kimi görünürlər. Ümid edirəm mənim haqlı şikayətim qeyd-şərtsiz təmin olunacaq. Əks təqdirdə etiraz olaraq gəlib Prezident Administrasiyasının qarşıısnda özümü yandıracam".
Şikayətçi daha sonra problemlərini sadalayıb:
"1) Mən 2007- ci ildən II qrup əlil kimi qeydiyatdayam. Bu illər ərzində ƏƏSMN rəhbəri 3 dəfə dəyişilib. F.Ələkbərov gedib, Səlim Müslümov gəldi, heç nə dəyişmədi. İndi Sahil Babyevdir ki, o da sələflərinə «rəhmət oxutdurmaqla» məşguldur. Düz 13 il keçir, lakin ƏƏSMNi məni bir dəfə də olsa "EŞİTMƏ CİHAZI» (reabilitasiya avadanlığı) ilə təmin etməyib. Bu Azərbaycan dövlətinin sosial siyasəti adına rüsvayçılıqdır.
2) Mən 5 may 2016-cı il tarixindən tarixdən Şəki Məşgulluq Mərkəzinə dövlətin «Özünüməşgulluq» proqramından yararlanmaq üçün müraciət etmişəm. Lakin bu günə qədər də həmin layihədən kənarda saxlanıram. Səbəb isə o göstərilir ki, mənim fəaliyyət üçün müvafiq yerim yoxdur. Çünki bina evində yaşayıram. Həyətim, torpaq sahəm, obyektim və s. yoxdur.
Mən müvafiq yerlə təmin olunmam üçün dəfələrlə Şəki RİH-nin başçısı Elxan Usubova ərizə ilə müraciət edib, şəxsən açıq qəbulda oldum, müraciətimi və real vəziyyətimi ona anlatmağa çalışdım. Lakin təəssüf ki, E.Usubova yazdığım ərizəyə onun I müavini Həsən Həsənovun imzası ilə "Şəki Bələdiyyəsinə müraciət edin" yazılmış tövsiyyə xarakterli rədd cavabı verildi. Halbuki Şəkidə bütün vətəndaşlara yer məsələsini İcra Hakimiyyəti həll edir.Yəni Şəkidə söz sahibi Həsən Həsnovdur.
3) Dəfələrlə Şəki Bələdiyyəsinə müraciət etdim.Lakin həm keçmiş sədr N.İbadov, həm də hazırki sədr Mahir Abdullayev mənim haqlı tələbimə və ərizədə göstərdiyim müvafiq yeri mənə verməmək üçün cürbəcür bəhanələr uydurdular. Gah dedilər; Şəki Xan Sarayı UNESCO-nun Mədəni İrsinə daxil edilib. Ona görə də Şəkidə tikinti -qazıntı işləri etmək qadağandır. Halbuki o vaxtdan bəri Şəkidə iri binalara tikilib. Məndən başqa heç kimə rədd cavabı verilməyib (hər kəs «haqq» ödəyib istədiyini alıb). Mən onların bu bəhanəsinə güldüm və UNESCO-nun yalnız Xan Saryını İrsə daxil etdiyini və bunun da əhaliyə heç bir maneəsi olmadığını izah etdim.Mənim belə məlumatlı olmağım bələdiyyənin o vaxtkı sədri N.İbadovu və onun müavinləri İ.İsmayılovla C.Musayev qıcıqlandırdı.
Vaxt keçdi, ötən il yeni Bələdiyyə seçkiləri oldu, bu dəfə də yerli mafiyanın üzvü Bələdiyyə sədr «seçildi». Mən yeni bələdiyyə sədri M.Abdullayevin qəbulunda olub ərizə ilə müraciət etdim və yuxarıda adını çəkdiyim «özünüməşğulluq» layihəsindən yaralanıb, özümü dolandırmaq və dövlətə lazımi vegini ödəmək şərtilə fəaliyyət göstərmək istədiyimi bildirdim. Lakin təəssüf ki, bu dəfə də M.Abdullayev çox gülünc bəhanə uydurdu. "Orda çoxillik ağac və qazpaylayıcı qurgu var» deyərək rədd cavabı verdilər.
Cənab Prezident!
Budur 13 il +8 il+ 5il= 26 il!!! Bu illər mənim həyatımdan, ömrümdən çalınan illərdir. Bu illər ərzində mənim fəaliyyət göstərməyimə mane olub, mənim kasıb yoxsul vəziyyətdə qalmağımın səbəkarları korupsiyaya, rüşvətə qurşanmış,dövlətin qanunlarını, vətəndaşların hüquqlarını alıb satan rayon rəhbərliyi hələ də cəzasız qalıblar. Və əməllərinə davam edirlər. Bu illər ərzində dəfələrlə MƏTBUATDA şikayətlərim ictimailəşdirildi.Bu rayon rəhbərliyini daha da azğınlaşdırdı. Mənimlə düşmən kimi dəftar etdilər. Lakin prezidentin köhnə komandası heç bir reaksiya vermədi. Prezidenti aldadan, ona yalan məlumatlar verən keçmiş köməkçilər və müşavirlər ölkənin və əhalinin bu duruma düşməsinə rəvac verdilər. Dünyada və ölkəmizdə 5 aydır davam edən SƏRT KARANTİN REJİMİ də həyatımın, dolanışığımın, səhhətimin daha da pis vəziyyətə düşməsinə səbəb oldu.
Rayon rəhbərliyinin məlum münasibətindən dolayı bu illər ərzində ərzində depressiyaya düşməyim, stress vəziyyətləri səhhətimi daha da ağırlaşdırdı.
Mən işləyib halal zəhmətimlə dolanmaq istəyirdim. Lakin özləri qanunsuz olaraq böyük bizneslər quran, üstəlik rüşvətə korupsiyaya qurşanıb hələ də cəzasız qalan qudurğan məmurlar buna imkan vermədilər.
Müraciətimi Prezident İ.Əliyevin rəsmi mövqeyi ilə bitirirəm: "Siyasətimizin mərkəzində Azərbaycan vətəndaşları, onların rifahı, sağlamlığı, təhlükəsizliyi dayanır".
Cənab Prezident, mən sizdən bu mövqeyinizə mane olanlar haqda tədbir görülməsinii və haqlı tələblərimin təmin olunmasını gözləyirəm".
PA rəhbəri, işçiləri, İcra Hakimiyyəti əməkdaşları...- Vəzifəli şəxslərin təsnifatında dəyişiklik edildi (YENİ QANUN)
Sabah rayonlara yağış yağacaq
Füzuli şəhərinə daha 150 nəfər köçürülüb
Azərbaycanla Albaniya arasında viza tələbi ləğv olunur
Körpələr evində mənimsəmə: cinayət işi açılıb
Hacı Şahinin “YouTube” kanalı bərpa olunub
Direktorun cinayət işi məhkəməyə göndərildi
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
Zahid Oruc: "Paşinyan dedi ki, mən gedirəm, sonra torpağın əsil sahibi İlham Əliyev özü gələcək”
Prezident İlham Əliyev Zelenskini Bakıya dəvət edib
Azərbaycanla Türkiyə arasında daha bir saziş təsdiqlənib
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilir - Rəsmi açıqlama yayıldı
İsmail Kartal: "Qarşıda 5 oyun var, çempion olacağımıza inanıram..."
Məhkəmə Əvəz Zeynallı ilə bağlı daha bir qərar verdi
Milli Məclis daha 18 qanuna dəyişiklik edəcək - SİYAHI
Hüquq müdafiəçisindən Qubad İbadoğlu haqda qərara şərh: "Bu variant daha çox tətbiq olunmalıdır..."
İsrail ordusu fələstinlilərin yaşadığı əraziyə növbəti hücum edib - Ölən və yaralılar var
Abel Məhərrəmovla polkovnik arasında torpaq qalmaqalı: "Keçmiş rektor zəbt eədiyi torpağımdan çıxmaq istəmir..."
Sumqayıt Regional Mərkəzinə rəis müavini təyin olunub
Almaniyada "zombi məzarı" tapılıb - FOTO
Rusiya Kiyev və daha bölgəyə hücum edib, yaralılar var - Açıqlamalar
“Beşiktaş”ın keçmiş futbolçusu baş məşqçi təyin olunub
Goranboy rayonunda zəlzələ olub
Türk model ABŞ-da öldürüldü, daha sonra isə.... - FOTO
İlkay Gündoğan "Barselona"dan ayrılır
Polşada NATO-nun təlimlərində ispan hərbçi ölüb - Açıqlamalar
İsrail ordusundan daha bir istefa - General "gedirəm" dedi
Aralıq dənizində zəlzələ olub
Daha köklü bir klub "Həvəskarlar liqasına "yuvarlandı"
Baydenin "əmimi adamyeyənər yeyib" iddiası Baş naziri qəzəbləndirdi: "Xalqımız bunu haqq etmir..."
Türkiyə kuboku: "Beşiktaş" bu heyıtlə meydana çıxacaq - SİYAHI
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Fənərbağça" çempionluq yarışında ağır "yara aldı"
"Qarabağı tərk etmiş ermənilərin geri qayıtması real deyil" - "Daha o torpağa görə müharibə niyyətində deyilik"
Prezident İlham Əliyevin Rusiyaya işgüzar səfəri başa çatıb
Prezident İlham Əliyev və Putin veteranlarla görüşüblər - VİDEO
Azərbaycan və Rusiya prezidentləri birgə nahar ediblər
Komitə sədri Baş redaktoru təbrik edib
Kəngərli rayonunda yol qəzası baş verib, xəsarət alanlar var
ƏLİYEVLƏ PUTİN BİR ARADA: "Rusiya Qafqazda və daha geniş coğrafiyada regional təhlükəsizlik üzrə əsas ölkədir" - Açıqlamalar (FOTOLAR) - YENİLƏNİB
Aran bölgəsində erkən nikahların qarşısının alınması ilə bağlı maarifləndirici tədbirlər keçirilib - FOTOLAR
Xankəndidən yenə silah-sursat tapılıb
Putin Paşinyanla görüşəcək - Peskovdan açıqlamalar
MEDİA: "Dezinformasiya xarakterli məlumatlar yaymayın!"
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı