İlham Əliyev Livan Prezidentinə başsağlığı verdi: oxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi"

img

05-08-2020 [15:49]


Azərbaycan Prezidenti İlham Əliyev Livan Prezidenti Mişel Aunaya başsağlığı məktubu göndərib.  

Başsağlığında deyilir:

"Hörmətli cənab Prezident,

Beyrut şəhərində baş vermiş dəhşətli partlayış nəticəsində çoxsaylı insan tələfatı və dağıntılarla bağlı xəbər məni olduqca kədərləndirdi.

Bu çətin anda Azərbaycan xalqının Livan xalqı ilə həmrəy olduğunu bildirirəm. Azərbaycan Respublikası faciənin törətdiyi fəsadların aradan qaldırılması məqsədilə dost Livan Respublikasına maliyyə yardımı göstərəcəkdir.

Sizə, həlak olanların ailələrinə və Livan xalqına dərin hüznlə başsağlığı verir, yaralananların tezliklə sağalmasını diləyirəm".


Digər xəbərlər
SON XƏBƏRLƏR