Baş Prokurorluğun kollegiyasının keçirilmə forması dəyişdirilib

img

05-08-2020 [15:40]


Avqustun 5-də videokonfrans rejimində prokurorluq orqanları tərəfindən 2020-ci ilin birinci yarımilində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsi keçirilib. 

Mia.az xəbər verir ki, Baş prokuror Kamran Əliyev tərəfindən Baş Prokurorluğun kollegiyasının keçirilmə formasının dəyişdirilməsi barədə məlumat verilib, hüquqi statusunun prokurorluqda idarəçiliyin cavabdehlik, hesabatlılıq və məsuliyyətlilik dəyərlərini özündə əks etdirən kollegial orqan kimi təsbit edildiyi diqqətə çatdırılıb.

Bununla yanaşı vurğulanıb ki, ilk dəfə Baş Prokurorluğun struktur qurumu olmayan, konkret vəzifələrin icrasını həyata keçirən, prokurorluq sistemində özünüidarə etmə funksiyasını yerinə yetirən ad hoc qurumlar olan İntizam Komissiyası və Etik Davranış Komissiyasının üzvlüyünə namizədlər Baş Prokurorluğun Kollegiyasında müəyyən olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq