"Beyrutdakı partlayışda azərbaycanlılar xəsarət almayıb" - XİN-dən açıqlama 

img

05-08-2020 [10:00]


“Livanın paytaxtı Beyrutda baş vermiş partlayış nəticəsində azərbaycanlıların xəsarət alması ilə bağlı hər hansı məlumat daxil olmayıb”.

Mia.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva deyib.

Qeyd edək ki, ötən gün Livanın paytaxtı Beyrutda baş vermiş güclü partlayışda 100-dən çox insan həlak olub, 4 mindən çox adam ölüb. Hadisə ilə əlaqədar şəhərdə fövqəladə vəziyyət elan olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR