Belarusda seçki, yaxud Lukaşenko üçün ağır tarixi sınaq: "Onu devirəcək və öldürəcəklər..."
04-08-2020 [20:15]
Pavel Znavets
“Belorusskiy Partizan”, Belarus, 28 iyul 2020-ci il
***
Bu “koronaseçkilər”in lap əvvəlində Rusiyanın bir sıra informasiya internet-resursları onun yekun nəticələrini qabaqcadan məhz belə sezmişdilər: “Devirəcək və öldürəcəklər”.
Və görünür, hələlik hər şey ona doğru gedir.
Lakin hələ ki, ən vacib sual sirr olaraq qalır: “Görəsən, hələlik dövlət olan Belarus və millət olmağa cəhd edən, lakin hələlik xalq olan belaruslar 1994-ci ildə buraxdığı dəhşətli səhvə görə hansı bədəli ödəyəcəklər?”
Məncə, ödənəcək bədəlin qiyməti 9 avqust 2020-ci ildə öz iradələrini müdafiə etməyə və sonrakı günlərdə, əgər lazım olarsa, A. Lukaşenkonu devirməyə (yəni, A. Lukaşenkonun mümkün öldürülməsinə, tutulmasına və ya qaçmasına) qədər hazır olan insanların sayından asılı olacaq.
Hadisələrin inkişafı ilə bağlı proqnoz
Bütün dövrlərdə insanlar daim heç olmasa bir neçə gün, ay və il irəli baxmaq istəyiblər. Bu məqsədlə onlar qeybdən xəbər verənlərə, falçılara, cadugərlərə, “peyğəmbərlər”ə və digər şarlatanlara müraciət ediblər. Mənim proqnozlarım isə həmişə bütün variantların və fors-major vəziyyətin nəzərə alınması ilə, yaranmış durumun obyektiv analizinə əsaslanıb. Bu səbəblə, onlar həmişə reallaşıblar.
1994-cü ildə mən var qüvvəmlə çalışdım ki, A. Lukaşenko Belarus Respublikasında ali dövlət postuna seçilməsin. Belarus Sosial-Demokrat Qramadasının (BSDQ) 1994-cü ilin yazında, yəni, səsvermədən təqribən 2 ay öncə keçirilən qurultayında mən Aleksandr Lukaşenkonun Belarus prezidenti seçilməsi halında, bunun ölkəmiz üçün ola biləcək gözlənilməz və fəlakətli nəticələri barədə xəbərdarlıq etdim. O zaman tribunadan BSDQ-nin qurultayına və 2 demokrat namizədə çağırışla müraciət etdim: “A. Lukaşenkonun prezidentliyə namizəd kimi qeydə alınmaması üçün mümkün olan hər şeyi etmək lazımdır, çünki onun qərargahı və təşəbbüs qrupu 100 min imza toplamayıb və seçki komissiyasına 80%-i saxta yolla tərtib olunmaqla, tamamilə saxta 200 min (!) imza təhvil verib”.
Mən xəbərdarlıq etdim ki, əgər A. Lukaşenkonu qanuni yolla həmin seçkidən uzaqlaşdıra bilməsək (V.Qonçar, D.Bulaxov, A.Fedut və digərləri daxil olmaqla, Lukaşenkonun seçki qərargahının etdiyi qanun pozuntulatrına görə), onda o, seçkilərdə qulaqbatırıcı – susdurucu səslə qalib gələcək. Bu səbəblə, mən Belarusa nifrət edən, möhkəm kolxozçu “sovet adamı” və özünəvurğun cahil olan A. Lukaşenkonun ölkəmizdə taxt-taca doğu yürüşünü dayandırmaq məqsədilə bir variant kimi, iki demokrat namizədə – Zenon Paznyak və Stanislav Şuşkeviçə həmin seçkilərdən geri çəkilmələri üçün müraciət etdim.
Təəssüf ki, o vaxt mənə qulaq asmadılar. Doğrudur, Anatoli Qurinoviç – Minsk Şəhər Soveti sədrinin müavini mənim təklifimi öyrənəcəyinə söz verdi.
Bu qurultayın kuluarlarında mən partiya yoldaşlarıma dedim ki, xalqın içinə gedin, görün, xalq nə deyir. Və inanın ki, televizor sayəsində Lukaşenko sadə xalqın gözündə artıq, demək olar ki, məsih kimi görünür. O öz çıxışlarında ədalətə çağırır, əlini ürəyinin üstünə qoyur və yalan danışır, qanunsuzluq və korrupsiya barədə hay salır və s. Ümumiyyətlə, buldozer, terminator kimi öz yolu üstündə olan nə varsa, hamısını təmizləyərək, sürətlə irəliləyir.
Lukaşenko 1991-ci ilin payızından başlayaraq Belarus Xalq Cəbhəsindən (BXC) və onun lideri Zenon Paznyakdan intiqam aldı. Ona görə intiqam aldı ki, bütün səylərə baxmayaraq, Paznyakı yerindən tərpədə və ən populyar vaxtında, yəni, SSRİ-də 1991-ci il avqust qiyamının uğursuzluğa düçar olmasından sonra BXC-yə Ali Sovetdə rəhbərlik edə bilmədi. Lakin həm BXC-də, həm də onun o zamankı satelliti olan BSDQ-də dövrün Baş naziri olan V. Kebiçə nifrət, deyəsən, ağılları korşaltmışdı. Mən isə onda hələ Ali Sovetin deputatı deyildim, yalnız Belarus Dövlət Universitetinin hüquq fakultəsinin dünənki tələbəsi idim.
Mənim şübhəm yoxdur ki, A. Lukaşenko bu “koronaseçkiləri” də saxtalaşdırmağa cəhd edəcək. Kütləvi xalq etirazları olduğu halda isə o (əgər öncədən həbs olunmasa), kömək üçün Rusiyaya və şəxsən V. Putinə müraciət edəcək. Buna hazır olmaq lazımdır.
Bu sətirlərin müəllifi, 2014-cü ildə Ukraynada “Avromaydan”ın qalib gələcəyini və ardınca Rusiyanın Krımı tutacağını (ilhaq edəcəyini) qabaqcadan deyən, demək olar ki, tək təhlilçidir.
2015-ci ildə isə mən siyasi proqnoz verərək, A. Lukaşenkonun siyasi və fiziki ömrünün müddəti haqqında qiymətləndirmə aparmışam. Hələ ki, bu proqnoz öz qüvvəsində qalır və ona görə, A. Lukaşenkonun siyasətdə (və ehtimal ki, həyatda) qalacağı ən uzaq tarix 2021-ci ildir.
Ancaq hadisələrin və məndə olan informasiyaların təhlilinə əsaslanan bu proqnozumun nə qədər dəqiq olduğunu zaman göstərəcək. İstənilən halda, S. Tixanovskinin, V. Babariko və oğlunun həbs edilməsindən sonra A. Lukaşenkonun seçicilərin səsini alaraq qalib gəlməsi üçün heç bir şansı yoxdur. Mən buna öz kiçik vətənimə etdiyim səyahətin gedişi zamanı əmin oldum.
3% əvəzinə, 1,5%
Bu səyahətin gedişi zamanı mən Brest vilayətinin şəhər və kəndlərinin küçələrində çox sayda adamın rəyini öyrəndim. Nadir istisnalar olmaqla, onların hamısı, Lukaşenko haqqında çox mənfi fikirdədirlər. Sözün düzü, mən sadə adamların (həm kiçik şəhərlərin, həm də kəndlərin sakinlərinin) Lukaşenkoya belə pis münasibətdə olduğunu gözləmirdim.
Mənim həmsöhbətlərimin bəziləri qeyd edirdilər ki, “O, artıq bizdə 3%-lik deyil, 1,5%-likdir”. Və bu, belə bir ümid yaradır ki, demək olar, bütün belarusları təngə gətirən hökmdar A. Lukaşenko özünü və hakimiyyətini qoruyarkən qan tökə bilməyəcək. Əgər buna cəhd edəcəksə, onun cinayətkar əmri icra edilməyəcək.
Tərcümə Strateq.az-ındır
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Trampın məhkəməsinin qarşısında bir nəfər özünü yandırıb
Mətbuat katibi: "Dörd kəndin Azərbaycana qaytarılması çoxdan gözlənilən tarixi hadisədir"
Buraxılış imtahanının nəticələri elan olunub
Hal şahidləri ilə bağlı qanuna dəyişiklik olub
Uşaqların peyvəndlənməsi barədə əmr imzalanıb
Nazir generalları topladı, yeni tapşırıqlar verdi - DİN-də kollegiya iclası (FOTOLAR)
Qəzzada daha 9 dinc fələstinli həlak olub
İLHAM ƏLİYEV MOSKVADAN SONRA ALMANİYAYA GEDƏCƏK - Tarix bəlli oldu
Universitetin sözçüsü vəzifədən ayrılıb
Prezident İlham Əliyev Rusiyaya gedir
“AzəriMed” QSC-lə bağlı məhkəmə qalmaqalı yaranıb
Partiya sədri özünə yeni müşavir təyin edib
Abel Məhərrəmov və xanımı məhkəməyə verildi - Torpaq qalmaqalı
Keşlədə saxta məhsullar istehsal edən sexlər aşkarlanıb
TOVUZDA ŞOK OLAY: 34 YAŞLI QADIN YANDIRILDI - 22 yaşlı oğlan tərəfindən (YENİLƏNİB)
G7 ölkələrindən rəsmi Bakı və İrəvana çağırış: "Gücdən istifadə etməmək, suverenliyə hörmət..."
Baş prokurorun Çinə işgüzar səfəri başa çatıb
Ceyhun Bayramov Fələstinin Baş naziri ilə telefonda danışdı - Nələr müzakirə olunub?
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır
Azercell Böhran İdarəetmə Qrupu layihəsini elan edir
Onlar pensiyaya daha tez çıxacaq - Yeni qanun
Dövlət Xidmətinin vəzifəli şəxslərinin maaşı artırılır - BU QƏDƏR
Türkiyədə güclü zəlzələ olub
Naxçıvanda yoxlama: 15 iş üzrə materiallar Baş Prokurorluğa və DTX-yə təqdim olunub
Xocavənddə fermada partlayıcı maddələr aşkarlanıb
Sabahın hava proqnozu açıqlanıb
Kirayədə yaşayan BDU-nun tələbəsi özünü öldürüb (Yenilənib)
Hərbi Dəniz Qüvvələri Xəzər dənizində taktiki təlimdə - VİDEO
Premyer Liqası: növbəti turun təqvim və hakim təyinatları açıqlanıb
DEPUTATLAR TOPLANIB: daha 14 məsələ müzakirə olunacaq - SİYAHI
Misli, Topaz... - Azərbaycan futbolunda nə baş verir?
“Yaxşı verilişlərin aparıcılarının "saxlayanı" var” - Kamran Həsənli kimin bostanına daş atır?
Bakının strateji hədəfi və ya rəsmi Moskvanın qərbi azərbaycanlılarla bağlı mesajı - TƏHLİL
Türkiyə səfirliyinin yeni mətbuat katibi Bakıya gəlib
İran İsrailə cavab zərbəsi endirəcək? - ABŞ-ın İsraildəki səfirliyi vətəndaşlarına xəbərdarlıq edib
Əfqan mədənçi böyrəyə görə yandırılıb?
"Olimpiakos"un baş məşqçisi: "Topu "Fənərbağça"ya verib, onları yorduq" - İsmayıl Kartal isə üzr istəyib
Xankəndidə yenidən silah-sursat aşkarlanıb