"Bu plan nəyə görə həyata keçirilmir?!" - Prezidentin köməkçisindən MÜSAHİBƏ
04-08-2020 [12:24]
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev APA-ya müsahibə verib.
Mia.az həmin müsahibəni təqdim edir:
- Prezident İlham Əliyev Balakən regional “ASAN xidmət” mərkəzinin açılışında bildirdi ki, quldur, kriminal rejimlə heç bir danışıqlar aparılmayacaq. İndiki şərtlər daxilində Ermənistan və Azərbaycan arasında danışıqların dayandırılması mümkündürmü?
- Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin ATƏT-in Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi ilə həlli prosesinə sadiqdir. Biz hesab edirik ki, bu fəaliyyət Minsk Qrupunun həmsədrlərinin mandatının əsasını təşkil edən sənədlər, xüsusilə də ATƏT-in Budapeşt sammitinin qərarları və BMT Təhlükəsizlik Şurasının qətnamələri əsasında həyata keçirilməlidir. Amma Azərbaycan Respublikasının qaldırdığı məsələ ondan ibarətdir ki, danışıqlar prosesi nəticəsində Azərbaycanın işğal edilmiş ərazilərinin işğaldan azad edilməsi təmin olunmalıdır. Yəni, bu mandat əsasında qoyulmuş məqsədlər həyata keçirilməyib. Burada da əsas məqsəd ondan ibarətdir ki, danışıqlar prosesinin nəticəsi olaraq Azərbaycanın işğal olunmuş torpaqları işğaldan azad edilməlidir. Görünən odur ki, Ermənistan danışıqlar prosesinə riyakarlıqla yanaşır. Ermənistan atəşkəs rejimi adı altında danışıqlar prosesinin yubatmağa, hətta uzatmağa çalışır. Ermənistanın məqsədi işğala əsaslanan status-kvonu gücləndirməkdir. Ona görə də Azərbaycanın gözləntisi Minsk Qrupu həmsədrlərinin öz üzərinə düşən mandat əsasında ciddi, konkret gündəlik, həmçinin də 90-cı illərin ortalarında BMT Təhlükəsizlik Şurasının qətnaməsi əsasında hazırlanmış təcili və təxirəsalınmaz addımlar haqqında proqramda nəzərdə tutulan konkret vaxt ərzində Ermənistan qoşunlarının Azərbaycan ərazisindən çıxarılmasıdır. Bu plan nəyə görə həyata keçirilmir?!
Bu gün biz Ermənistanın ritorikasına baxsaq, görərik ki, onlar yenə də beynəlxalq ictimaiyyəti aldatmaqla məşğuldur. Onlar qəsdən yenə də atəşkəs rejiminin gücləndirilməsi ilə bağlı məsələləri gündəmə gətirirlər. Axı burada məqsəd atəşkəsin gücləndirilməsi deyil, işğal faktına, hərbi işğala son qoymaqdır. Danışıqlar prosesinin də mahiyyətində bu durmalıdır. Azərbaycan Respublikası Düşənbə görüşündən - 2018-ci ilin sentyabr ayından başlayaraq danışıqların intensiv əsasda hazırlanması üçün bütün konstruktiv addımları həyata keçirib. Ancaq bunun müqabilində biz Ermənistanın destruktiv və provokativ addımlarını gördük. Ermənistan danışıqlar prosesinin formatını pozmağa çalışır, danışıqlar prosesinin mahiyyətini dağıdır, ATƏT-in Minsk Qrupu həmsədrlərinə hörmətsiz yanaşır. Ermənistanın təcavüzkar siyasətinin davamı kimi biz Tovuzda növbəti hücumu, təxribatı gördük. Bunlar baş verdiyi şəraitdə beynəlxalq ictimaiyyət, həmsədrlər tərəfindən Ermənistanın fəaliyyətinə qiymət verilməli, danışıqlar konkret əsasda aparılmalıdır.
- Bunun üçün Azərbaycan tərəfindən hansısa şərtlər irəli sürülübmü? ATƏT-in Minsk Qrupu qarşısında hansısa məsələ qaldırılıbmı?
- Azərbaycanın qarşıya qoyduğu məqamlardan biri həmsədrlərin öz mandatından irəli gələn məsələlərin həlli üçün öz fəaliyyətlərini nəzərdən keçirmələridir. Həmçinin danışıqlar prosesində artıq müəyyən olunmuş əsasların Ermənistan tərəfindən pozulmasına və müəyyən qeyd-şərtlər irəli sürməsinə yol vermək olmaz. Ermənistanın Baş naziri Azərbaycan tərəfinə 7 qeyd-şərt irəli sürüb. Bu, danışıqlar prosesinə çox ciddi zərbədir. Danışıqlarda Ermənistanın hər hansı şərt qoymasının əsası yoxdur. Həmçinin, Azərbaycan o məqamla çıxış edir ki, ATƏT-in Minsk Qrupunun 11 üzvü də prosesdə aktiv iştirak etsin. Onların hamısının iştirakı ilə toplantılar, Minsk qrupunun geniş tərkibli iclasları keçirilsin. Ən vacib məqam odur ki, işğal faktına son qoyulmalı, Ermənistan qoşunları Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmalıdır. Ermənistanın hərbi siyasi rəhbərliyində olan insanları nəhayət öz məsuliyyətlərini başa düşməlidirlər. Onlar anlamalıdır ki, bu işğala görə şəxsən məsuliyyət daşıyırlar.
Yeni tiklilərə su necə veriləcək? - Qanun dəyişdi
"Bavariya" Arda Güləri transfer etmək istəyir
Daha 163 dövlət əmlakı hərraca çıxarılıb
Deputatlar toplanıb: daha 21 məsələ müzakirəyə çıxarılıb - SİYAHI
YOXSULLUQ və YOXSULLAR
"İncə səhər" verilişində qalmaqallı rəqs...- VİDEO
İsrail Hələb hava limanını bombalayıb - Xeyli ölən və yaralanan var
Jurnalist İdrak Camalbəyli qəfil vəfat etdi
Ombudsman bəyanat yayıb - MƏTN
Türk aktyor COVİD-ə yoluxub - Filmin çəkilişi təxirə salınıb
Qəzzada bir ev vuruldu: 13 nəfər həlak olub, yaralılar var
İstanbulda nəhəng xalça fabriki yanıb - FOTOLAR
Qazaxda əməliyyat: Şöhrət Orucov saxlanılıb
Füzuli şəhərinə daha 138 nəfər köçürülüb
Azərbaycan neftinin qiyməti 90 dollara çatır
Professor Tufan Axundov vəfat edib
XİN başçısı: "Putin bu qüsuru gizlətməyə çalışır"
Roma Papası 12 qadın dustağın ayağını yudu və öpdü - FOTO
İsrail Dəməşqi yenidən vurub - Yaralılar var
İtaliya XİN başçısı İsrailə çağırış edib: "Rəfaha girməyin" - "İki dövlət modeli üçün çalışırıq"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Ramazanın 19-cu günü: imsak və iftar vaxtları
"Hesab məlumatlarınızı tanımadığınız şəxslərlə paylaşmayın” - DİN sözçüsündən xəbərdqarlıq
Rəsul Bağırov BMT-nin rezident əlaqələndiricisi təyin olunub
Nazir daha bir xanıma yüksək vəzifə verdi - FOTO
Premyer Liqa: növbəti turun təyinatları bəlli olub
Ağdərədə qumbaraatan və pulemyot tapılıb
Türkiyə kubokunun təqvimi açıqlandı
Əməkdar artist Rahib Əliyev vəfat edib
Daha bir sosial media fenomeni tutulub - Xanımı ilə birgə
Qəzzada yardım gözləyənlər bombalanıb: 6 nəfər ölüb, yaralılar var
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
SABİQ NAZİRİN OĞLU İSTİNTAQA İFADƏ VERDİ - 400 minlik iddia ilə bağlı sensasion məlumat yayıldı
BRÜSSELDƏ "ÜÇTƏRƏFLİ GÖRÜŞ": ABŞ-ın təşəbbüsü Cənubi Qafqazda gərginliyi artıracaq – TƏHLİL
"Kinematoqrafiya haqqında" qanunun yenilənməsi məqsədilə işçi qrupu yaradılıb - ARKA-dan açıqlama
“1961-ci il Paris qətliamı" ilə bağlı qərar qəbul edildi - 300 insanın tarixi haqqı tanınacaqmı?
Əli Əsədov peşə təhsili üzrə yeni qərar imzalayıb
Latviya XİN rəhbəri istefa verib
“Azneft”in keçmiş rəhbəri SOCAR-da yeni vəzifəyə təyin edildi