Prezidentin köməkçisindən vaksinlərlə bağlı vacib açıqlama: "Rayonlara gediş-gəliş məsələsinə də yenidən baxılacaq"

img

03-08-2020 [17:29]


"Bakıda yoluxma tendensiyası müşahidə olunur. Bu səbəbdən epidemioloji şərait kompleks şəkildə qiymətləndirildikdən sonra regionlara gediş-gəlişin açılması məsələsinə yenidən baxılacaq".

Mia.az xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində deyib.

Onun sözlərinə görə, bu gün regionlara gediş-gəliş yoluxmanı artıra bilər.

Prezidentin köməkçisi onu da bildirib ki, Azərbaycan dünyada vaksinlə bağlı məsələləri araşdırır: "Vaksinlərin istifadəyə verilməsi və ya bir sıra məsələlər gündəmdə saxlanılır".

Prezidentin köməkçisi deyib ki, müəyyən şirkətlərlə əlaqələr saxlanılır: "Müəyyən alt fəsadlara yol verməyən vaksinlərin hazırlanmasına maraq var".


Digər xəbərlər
SON XƏBƏRLƏR