“Yol əhvalatı”nın gürcü "Mustafa"sı: "Siyavuş Aslan mənə baxıb dedi ki, pulun əvəzinə ödənişi bığınla etmisən?” - MÜSAHİBƏ + FOTOLAR
03-08-2020 [17:20]
Ən çox sevilən Azərbaycan kinolarından biri, hər dəfə böyük rəğbətlə izlənilən və frazalarının dillər əzbəri olduğu “Yol əhvalatı” filminin çəkilməsindən 40 il ötür.
Komediya janrında lentə alınan ekran əsərində Azərbaycanın görkəmli aktyorları Siyavuş Aslan, Yaşar Nuri, Sofa Bəsirzadə, Zərnigar Ağakişiyeva, Hacı İsmayılov, Eldəniz Zeynalov, Həmidə Ömərovanın yaddaqalan obrazları ilə yanaşı, Vaxtanq Pançulidzenin yaratdığı utancaq və sadəlövh Mustafa obrazı da var. Bəlkə də, çoxları bilmir ki, bu obraz gürcü aktyorun canlandırdığı ilk azərbaycanlı deyil.
Belə ki, aktyor, rejissor Rezo Esadzenin 1975-ci ildə lentə aldığı və böyük aktrisamız Nəsibə Zeynalovanın da rol aldığı “İlk baxışdan sevgi” komediya bədii filmində 16 yaşlı Murad Rəsulov rolunda çəkilib.
Mia.az xəbər verir ki, “Report”un Gürcüstan bürosunun müxbiri 2 Avqust – Azərbaycanın Milli Kino Günü ərəfəsində “Mustafa” - Vaxtanq Pançulidze ilə görüşüb və ondan müsahibə alıb.
Keçmiş aktyoru indi hər gün Tbilisinin Muştaidi parkında görmək mümkündür. Vaxtilə nəinki Gürcüstan, bir neçə keçmiş sovet respublikasında da populyar olan aktyor hazırda bu məkanda uşaq atraksionlarına nəzarət edir. İş başında olan batono Vaxtanqa yaxınlaşıb azərbaycanlı jurnalist olduğumu və ondan müsahibə almaq istədiyimi bildirirəm. O, tərəddüd etmədən və dərhal razı olur, hətta nəzarət etdiyi yelləncək meydançasını da müvəqqəti bağlayır.
V.Pançulidze Azərbaycan mətbuatına bu vaxta qədər geniş müsahibə verməyib.
İlk olaraq “Yol əhvalatı” filminə necə dəvət olunduğunu maraqlanıram. O, 1980-ci ilə qayıdır. Amma xatirələri elə yeni, elə xoşdur ki, sanki ekran əsərində 40 il deyil, 40 gün bundan öncə çəkilib.
- Batono Vaxtanq necə oldu ki, bu filmdə baş rollardan birinə çəkildiniz?
- 1980-ci ildə Teatr İnstitutunda oxuyurdum. Aprel-mart ayları olardı. Filmin ikinci rejissoru Tbilisiyə mənə görə gəlmişdi. Bu vaxta qədər bir neçə gürcü filmində baş rollarda çəkilmişdim. Bu filmlərdən biri Azərbaycanda da çəkilişləri aparılan “İlk baxışdan sevgi” filmi idi. Məni Azərbaycanda tanıyanlar var idi. Biz universitetdə görüşdük və məndən çəkilməyə vaxtımın olub-olmadığını soruşdu. Çəkilişlər mayda başlayacaqdı və mən dərslərdən azad olacaqdım. Razılıq verdim. Sınaq çəkilişləri olmadı. Mənə artıq Mustafa roluna təsdiqləndiyimi bildirdilər. Mayda Bakıya getdim və çəkilişlərə hazırlıq başladı.
Siyavuş Aslanla bağlı xəbərdarlıq
- Azərbaycanlı obrazı yaratmaq Sizin üçün çətin olmadı?
- Xeyr. Bilirsiniz, Azərbaycana gələn kimi çox doğma mühitlə qarşılaşdım. Çəkiliş qrupunun hər bir üzvü mənə isti münasibət göstərirdi. Özümü evdəki kimi hiss edirdim. Çəkilişlər Bakıya gedəndən 2-3 həftə sonra başladı. Bu müddət ərzində Bakıda gəzirdim, tarixi və görməli yerlərə gedirdim. Çəkiliş heyətinin üzvləri məni darıxmağa qoymurdular. Bundan öncə Bakıda olmuşdum. Elə o vaxtdan şəhəri çox bəyənmişdim. Bakıda gəzərkən böyük zövq alırdım, insanları maraqla seyr edirdim. Bakı hələ o vaxt ən gözəl şəhərlərdən biri idi. Dünyada iki sevimli şəhərim var – Tbilisi və Bakı.
Mustafa obrazı da mənə çox yaxın oldu və onu yaratmaq çətinlik yaratmadı. Xüsusən ona görə ki, Siyavuş Aslan kimi böyük aktyorla bir çəkilirdim. O, hər gün çəkilişlərdən öncə məni rola kökləyirdi. Mənə xəbərdarlıq etmişdilər ki, Siyavuş Aslan böyük aktyordur. Bu, həqiqətən də belə idi. O, həm də çox sadə və mehriban insan idi. Mənə elə yanaşırdı ki, sanki uzun illərdir bir-birimizi tanıyırıq. Siyavuş Aslanla dostlaşdıq, yanında özümü onun köhnə dostu kimi hiss edirdim. Bu münasibətə görə mənə asan oldu.
O, yalnız böyük aktyor deyil, həm də böyük insan idi. Əgər aktyor böyükdürsə və üstəlik yaxşı insandırsa, onunla birgə çəkilmək çox asandır. Belə dəstəkdən sonra Mustafa obrazını anlamamaq və onu oynamamaq qeyri-mümkün idi. Azərbaycanlı həmkarlarım mənə rolun alınmasında 99% kömək etdilər.
Həmidə Ömərovanın telefon zəngi
- Bəs tərəf müqabiliniz Həmidə Ömərova ilə sevgili cütlük yaratmaq asan oldumu?
- Həmidə mənə dəstək verirdi. Onunla bir yerdə çəkilmək çox xoş idi. O, istedadlı aktrisadır. Həmidə elə onda çox gözəl idi. İndi, daha da gözəldi. Televiziya kanallarında onu hərdən görürəm. O, sanki ildən-ilə cavanlaşır. Bir dəfə Azərbaycanın televiziya kanallarından biri veriliş hazırlayırdı.
Veriliş üçün mənim Həmidə ilə telefon danışığım oldu. Mən ona ildən-ilə daha da gözəlləşdiyini və buna təəccüb etdiyimi dedim. O, əvvəl olduğundan daha cavandır. Həmidə çox yaxşı insandır. O, məni Bakıya dəvət edib.
“Mağazadan çıxanda bığımı itirmişdim”
- Yaratdığınız “Mustafa”dan razı qaldınızmı?
- Bu rol oynadığım ən yaxşı rollardan biridir. Filmdə də görünür ki, mən sərbəstəm və heç bir gərginliyim yoxdur. Rolun uğurlu alınmasına görə azərbaycanlı həmkarlarım və dostlarıma minnətdaram. Onlar mənə obrazı canlandırmağıma və rolun öhdəsindən gəlməyə çox kömək etdilər.
- Çəkilişlər zamanı hansı çətin və gülməli məqamlar olub?
- Mustafa filmdə yük maşını sürür. Mən minik avtomobili sürürdüm, amma yük maşını idarə edə bilmirdim. Bu, xüsusi çətinliklər yaratmadı. Kinoda hər şey mümkündür. Yük avtomobili ilə olan səhnələrin lentə alınması üçün yolları ya bağlayardılar, ya da boşaldırdılar.
Təbii ki, gülməli hadisələr də olub. Mustafa obrazı üçün bığ qoyma idi. Bir gün çəkilişlər arasında fasilə zamanı nahar etmək üçün bir mağazaya yollandım. Sən demə, yemək yeyərkən bığı çıxarmağı unutmuşam. Mağazadan çıxanda isə bığı yerə salmışam. Bundan xəbərsiz çəkiliş meydançasına daxil olmuşdum. Rejissor Teymur Bəkirzadə mənimlə növbəti səhnələr barədə danışırdı, amma bığsız olduğumu sezməmişdi. Birdən Siyavuş Aslan mənə baxdı və harada olduğumu soruşdu. Nahar fasiləsinə çıxdığımı söyləyəndə o “Pulun əvəzinə ödənişi bığınla etmisən?” dedi. (gülür) Dərhal mağazaya qaçıb bığımı giriş qapısının yanında tapdım.
Bakıda “İnturist” mehmanxanasına yerləşdirilməm zamanı da yaddaqalan hadisə baş verdi. Mənim üçün öncədən otaq bron etsələr də, sonradan kiməsə vermişdilər. Bütün nömrələr dolu idi. İkinci rejissor bununla bağlı mehmanxananın direktoruna şikayət etdi. O, rəhbərliyə filmin əsas qəhrəmanı üçün otaq təşkil etməyi xahiş etdi. Direktor mənim Tbilisidən olduğumu biləndə bu şəhəri çox sevdiyini dedi və mənim üçün otaq dərhal hazır oldu.
3 min rubl qonorar
- Filmin premyerasında iştirak etmisinizmi?
- Təəssüf edirəm ki, tədbirə qatıla bilmədim. Həmin vaxt Moskvada çəkilişlərdə idim. İlk nümayişdə iştirak etmək üçün Moskvanı tərk etməyimə icazə vermədilər.
- “Yol əhvalatı”ndan sonra Azərbaycandan yeni dəvətlər oldumu?
- Təəssüflər olsun ki, xeyr. Əgər dəvət etsələr, böyük məmnuniyyətlə razı olaram. Film çəkiləndən sonra Bakıya növbəti dəfə 1982-ci ildə səfər etdim. Kinoaktyorlar Teatrı ilə Azərbaycana qastrol səfərinə getmişdik. Məni tanıdılar və kinostudiyaya dəvət etdilər.
- Filmə görə aldığınız qonorarın məbləği maraqlıdır...
- Kifayət qədər yaxşı qonorar verdilər. Səhv etmirəmsə, 3 min rubl. O vaxt 25 yaşım vardı və bu məbləğ mənim üçün çox böyük idi.
Aktyorun kinodan getməsinin səbəbi və park işçisi
- Kino sahəsindən çox uzaqlaşmısınız. Sizin kinodan getdiyinizi demək olarmı?
- 90-cı illər çox çətin dövr idi. Bütün sahələrdə olduğu kimi, kinoda da durğunluq yaşanmışdı. 2000-ci ildən kino sənayesi bərpa olunsa da, məni dəvət etmədilər. Səbəbini bilmirəm. Lakin kinoda belə hallar tez-tez baş verir. Səni çəkirlər, sonra isə unudurlar. 90-cı illərdən başlayaraq filmlərə çəkilmirəm. 1998-ci ildə Gürcüstanda yaşamaq çox çətin idi. Yunanıstanda yaşayan dostum məni ora dəvət etdi. Orada normal yaşadım və işlədim. Vətənə 2004-cü ildə qayıtdım. 2-3 il işsiz qaldım. Daha sonra Muştaidi parkında işə düzəldim. İşimi bəyənirəm. Təmiz havada işləmək, uşaqlarla ünsiyyətdə olmaq xoşdur. Məni parkın ziyarətçiləri tanıyır. Hər gün mənə fotoşəkil çəkdirmək üçün yaxınlaşırlar. Bu, məni qətiyyən yormur, əksinə çox xoşdur. Məni sevən izləyicilərimi mən də sevirəm.
Azərbaycana qayıdış arzusu
- Azərbaycandan dəvət olsa, razılaşarsınızmı?
- Əlbəttə. Böyük məmnuniyyətlə. Hətta eyni vaxtda bir neçə filmə çəkilməyə belə hazıram. Dəvət alsam, Gürcüstanda hər şeydən imtina edib Bakıya gedərəm. Çünki burada hamı məni unudub...
“Yol əhvalatı”nın çəkilişləri zamanı mənə çox isti və doğma münasibət göstərildi. Bunu heç vaxt unutmaram. Mənim bir arzum var. İstəyirəm 2-3 ay Bakıda yaşayım, şəhər və çəkilişlərlə bağlı xatirələrimi yeniləyim.
- Avqustun 2-də Azərbaycanda Milli Kino Günü qeyd olunur. Azərbaycanlı həmkar və dostlarınıza nə arzu edərdiniz?
- Azərbaycandakı bütün dostlarımı ürəkdən təbrik edirəm. Mənə göstərdikləri dəstəyə görə onlara dərin minnətdarlığımı bildirirəm və yaradıcılıq uğurları arzulayıram. Bakıda yaşadığım və çəkilişlərin aparıldığı ayları böyük zövqlə tez-tez xatırlayıram. Həmin vaxtlar həyatımın ən unudulmaz anları olub. Demək olar ki, hər gün o günləri yada salıram. Sizinlə müsahibədən sonra bu xatirələr yenidən təzələnəcək və ən azı bir il mənimlə olacaq.
Azərbaycan xalqı səmimidir. Azərbaycanlıların ürəyində yalnız sevgi yaşayır və onlar həmişə xeyirxahlıq etmək istəyirlər. Sevdiyim Bakının sakinlərinə də salam çatdırıram. Onlar Bakı kimi gözəl şəhərdə yaşadıqlarına görə Allaha minnətdar olmalıdırlar.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"