Azərbaycanın İtaliyadakı səfirl "Faro di Roma"ya müsahibə verib - Erməni təxribatı ilə bağlı
03-08-2020 [15:08]
İtaliyada erməni tərəfi və ona bağlı dairələr Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzünü ört-basdır etmək və Qərb dünyasında və xristian dini çevrələrdə Ermənistanın mövqeyinə dəstək qazandırmaq üçün Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin "svilizasiyalar arasında toqquşma" olduğunu iddia edir və münaqişəni "müsəlman ölkələrinin əhatəsində olan kiçik "əzabkeş" xristian erməni xalqının yaşamaq uğrunda mübarizəsi" kimi təqdim edir.
Azərbaycanın İtaliyadakı Səfirliyindən Mia.az-a verilən məlumata görə, səfir Məmməd Əhmədzadə katolik dini çevrələrdə populyarlığı ilə tanınan "Faro di Roma" online qəzetinin müxbiri Giordano Merlicco ilə geniş müsahibəsində erməni tərəfinin bu yalan iddialarını ifşa edib.
Diplomat müsahibəsində münaqişənin tarixi kökləri, Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü və onun nəticələri, çoxsaylı beynəlxalq təşkilatlar tərəfindən münaqişə ilə bağlı qəbul edilmiş və Ermənistan tərəfindən məhəl qoyulmayan sənədlər, habelə 12 iyul tarixindən Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi son hərbi təxribatlar haqqında danışıb.
Səfir son hadisələr vaxtı çox sayda italyan parlamentarlarının, siyasətçilərinin və tədqiqatçıların beynəlxalq hüquq normalarına uyğun olduğu üçün Azərbaycanın haqlı mövqeyini dəstəklədiyini deyib. Bununla yanaşı, erməni tərəfinin öz xeyrinə qərb dünyasının dəstəyini qazanmaq üçün münaqişəni sivilizasiyaların toqquşması kimi təqdim etdiyini deyən diplomat münaqişənin birmənalı şəkildə Ermənistanın Azərbaycan ərazilərinə olan iddialarından doğan ərazi münaqişəsi olduğunu qeyd edib. Ermənistanın fərqli mədəniyyətlərə və etnik qruplara yer olmayan monoetnik ölkəyə çevrildiyini, həm Ermənistanda, həm də işğal olunmuş ərazilərdə Azərbaycanın tarixi, mədəni və dini irsinin məhv edildiyini bildirib.
O, Azərbaycanın müsəlman çoxluğu olan dünyəvi ölkə olduğunu, multikulturalizmə, tolerantlığa və inkluzivliyə böyük əhəmiyyət verdiyini, ölkəmizdə çox sayda sinaqoq, pravoslav, katolik və evangelist kilsələrin mövcud olduğunu, paytaxt Bakının mərkəzində erməni kilsəsinin də olduğunu və ölkəmizin mədəniyyətlər arasında bir körpü kimi qlobal səviyyədə mədəniyyətlərarası dialoqu təşviq etdiyini deyib: "Azərbaycan dünyada enerji qaynaqları ilə zəngin ölkə kimi tanınır, ölkəmizi başqalarından fərqləndirən əsas sərvəti tolerantlıq və digər mədəniyyətlərə açıqlıq ruhudur. Sivil dünya Azərbaycanın bu dəyərlərini yüksək qiymətləndirməli, 30 ilə yaxın müddət ərzində Azərbaycan ərazilərini hərbi cəhətdən işğal edən və bir milyondan çox azərbaycanlının evlərinə qayıtmaq, hətta öz ailə üzvlərinin məzarlarını belə ziyarət etmək hüququnu pozan Ermənistanla məsafəli davranmalıdır".
Müsahibəsində diplomat Azərbaycanın istər İtaliya, istərsə də Müqəddəs Taxt-Tacla yaxın əlaqələrindən, cari ilin fevral ayında Prezident İlham Əliyevin hər iki ölkəyə uğurlu səfərlərindən, Heydər Əliyev Fondu tərəfindən həyata keçirilən layihələrin bu əlaqələrə verdiyi böyük töhfələrdən də söhbət açıb.
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"Trabzonspor" rəqibini 3 qolla keçib
Gədəbəy rayon sakini Gəncədə bıçaqlandı
Əli Əsədov daha bir qərar imzaladı
İlham Əliyevlə Sadır Japarov Bakıda Çingiz Aytmatovun abidəsinin açılışında - FOTOLAR
Dövlət Aqrar Kolleci publik hüquqi şəxs yaradılıb - Hökumətdən qərar
Şuşaya ilkin mərhələdə 50 ailə köçürüləcək
Azərbaycan-Əlcəzair enerji əməkdaşlığı müzakirə edilib
Spiker 830 min manatlıq kompüter alır: mağazalardakı satışdan niyə baha alınır? - DETALLAR AÇIQLANDI (FOTOLAR, Yenilənib)
“Nar” voleybol üzrə ölkə çempionlarını təbrik edir - FOTOLAR
Türkiyənin ilk astronavtı Azərbaycana gələcək
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Bülent Uyğun: "Avrokuboklara getmək şansımız çox yüksəkdir”
Sabiq nazir 75 yaşında vəfat edib
Sabiq icra başçısı yenidən hakim qarşısında - İki şirkətin üzərindən həbs götürüldü
Konqoda "meymun çiçəyi" virusu yayılıb - Xəbərdarlıq
Türkiyədə daha bir terrorçu tutulub
Qəzzada savaşın 201-ci günü: daha 79 dinc sakin həılak olub
Tanınmış vəkil partiya sədri olmaq istəyir
İlham Əliyevlə Qırğızıstan prezidenti görüşdü, sənədlər imzalandı - Bakıda + FOTOLAR (Yenilənib)
MƏŞHUR PROFESSOR ÖZÜNÜ GÜLLƏLƏYƏRƏK ÖLDÜRÜB - Rəsmi açıqlama yayıdı
İsrail ordusu Livanın cənubunu bombalayıb
Şimali Koreya İrana böyük heyət göndərib
Prezident qırğızıstanlı həmkarını COP29-a dəvət edib
İordan çayının qərb sahilində həbslər davam edir
Xəzər dənizində birgə təlimlər başlayıb
PREZİDENT GENERALLA BAĞLI SƏRƏNCAM İMZALADI
YAP-çı deputat Rəsul Quliyevin elə müdafiəsinə qalxdı ki... - Eks-spiker "altdan işləyir?"
Bu ölkə Fələstini rəsmən dövlət kimi tanıdı
Eldar Əzizov Müsavata "hə" dedi - Partiya qurultaya hazırlaşır
Aysun İsmayılova: “Çox şıltaq və pozitiv insanam, amma..."
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"