ABŞ-da daha 47511 nəfər koronavirusa yoluxub, 413 nəfər isə ölüb

img

03-08-2020 [15:05]


ABŞ-da ötən sutkada 413 nəfər pandemiyanın qurbanı olub.

“RİA Novosti” xəbər verir ki, eyni dövr ərzində ölkədə 47 511 nəfərə COVID-19 diaqnozu qoyulub.

Bununla belə, daha öncəki göstəricilərə nisbətən həm yoluxma, həm də ölüm hallarının sayı azalıb. Belə ki, ötən gün yayılan məlumata əsasən, ABŞ-da 58 406 yoluxma və 1 133 ölüm faktı qeydə alınmışdı.

Beləliklə, ABŞ-da indiyədək 4 667 957 nəfərdə koronavirus aşkarlanıb. Onlardan 154 mindən çoxu ölüb, 1,4 milyon nəfəri isə sağalıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR