"Neft Daşlarında karantin qaydaları pozulub" - Komitə sədrindən etiraz + FOTOLAR 

img

03-08-2020 [13:48]


"Ölkədə sərt karantin elan olunub. Karantin şərtlərindən biri də bütün tədbirlərin keçirilməsinə qadağadır. Neft Daşlarında karantin qaydaları pozulub".

Mia.az xəbər verir ki, bu sözləri Neftçilərin Hüquqlarını Müdafiə Komitəsinin sədri Mirvari Qəhrananlı bildirib.

O, sosial şəbəkədəki səhifəsində yazıb ki, 30.07.2020-ci il tarixində "Neft Daşları"nda bayram tədbiri keçirilib:

"Tədbirə ayrılan vəsait Həmkrlar Təşkilatı və NQÇİ tərəfindən "Xəzəriaşə"nin hesabına köçürülüb. Pul köçürülərkən həmin gün Neft Daşlarında növbədə olmuş və olmamış başqa idarələrin də işçilərinin sayı nəzərə alınıb .Ancaq deyilənə görə, tədbirdə 60 nəfərə yaxın insan iştirak edib".

M.Qəhrəmanlı daha sonra NQÇİ rəhbərliyinə belə sual ünvanlayıb: "Karantin qaydalarına meydan oxumusunuz. Bu tədbirin özəlliyi isə rəisin də fəhlə ilə birlikdə "qurban əti" yeməsidir. O yediyiniz "qurban əti"ndən normal iş şəraiti yaradılmadığından həlak olan, əlil olan neftçi ailələrinə də göndərdinizmi?".

Məsələ ilə bağlı idarənin də münasibətinə yer ayırmağa hazırıq.

Mia.az

img
Digər xəbərlər
SON XƏBƏRLƏR