Tokio-2020 Yay Pralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb

img

03-08-2020 [11:36]


Koronavirus pandemiyası səbəbindən 2021-ci ilə təxirə salınmış Tokio-2020 Yay Pralimpiya Oyunlarının təqvimində dəyişiklik olmayıb.

"Report" xəbər verir ki, bu barədə yarışın Təşkilat komitəsinin rəsmi saytında məlumat yerləşdirilib.

Sadəcə, bəzi yarışların başlama və bitmə tarixləri dəqiqləşdirilib.

Turnir əvvəldən nəzərdə tutulduğu kimi avqustun 24-də start götürəcək. Sentyabrın 5-dək davam edəcək Oyunlarda 22 idman növü üzrə 539 medal dəsti öz sahibini tapacaq.

Qeyd edək ki, Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının təxirə salınması ilə bağı qərar martda qəbul olunub.


Digər xəbərlər
SON XƏBƏRLƏR