"Zeynal Nağdəliyev başçıya zəng vurub dedi ki, bu, nə özbaşınalıqıdr?" - İcra başçısından şikayət
02-08-2020 [18:12]
“Gedirəm Prezident Administrasiyasına, girirəm Zeynal Nağdəliyevin qəbuluna, sənədlərimə baxır, deyir: “Bu, nə özbaşınalıqdır?” Dəstəyi götürüb başçıya zəng vurur, deyir: “Camaatın torpağını qaytar özünə”. Başçı da xəttin o başından deyir “baş üstə”... Rayona qayıdıb gedirəm başçının yanına, deyir: “Sən kimsən ki, gedib mənə oralardan zəng etdirirsən? Mənim heç kimdən qorxum, çəkinəcəyim yoxdur, özünə əziyyət verib gedib oralardan zəng etdirmə, nə qədər ki, bu rayondayam, o torpaq mənimdir””.
“Yeni Sabah” xəbər verir ki, bunu Meydan TV-yə Tərtər rayonunun Hacıqərvənd kənd sakini Nazdı Mehdiyeva deyir.
Nazdı Mehdiyeva 2013-cü ildə təsərrüfatını genişləndirmək üçün Tərtər Rayon İcra Hakimiyyətinin keçmiş başçısı Ceyhun Cəfərovla icarə müqaviləsi bağlayaraq “boz irəmə” adlanan ərazidən 265 hektar əkinə yararsız torpağı 25 illik icarəyə götürüb. Həmin sahədə heyvandarlıq təsərrüfatı qurub və 20 ailəni bu təsərrüfata cəlb edib. Ancaq deməsinə görə, insanlar bu təsərrüfatdan cəmi üç il dolana biliblər. Belə ki, Ceyhun Səfərovdan sonra icra hakimiyyətinə başçı təyin olunan (2014-cü il) Müstəqim Məmmədov 2016-cı ildə heyvandarlıq təsərrüfatına əl qoyub.
“4 ildir ki, 20 ailə ac qalıb”
Nazdı Mehdiyeva danışır: “İcarəyə götürdüyüm torpağın vergisini vaxtında ödəyirdim, bütün qanun-qaydalar çərçivəsində hərəkət edirdim. O təsərrüfatdan dolanan ailələr şəhid, müharibə əlili, müharibə veteranı ailələri idi. Mənim özümün iki qardaşım və digər yaxın qohumlarım şəhid olub. 20 ailə o torpaqda öz işlərini qurub, çörəyini qazanırdı. Başçı hamımızı o torpaqdan uzaqlaşdırdı. 4 ildir ki, mən də daxil olmaqla o 20 ailə ac qalıb. Torpağa yaxın gedən kimi başçı polisləri ora töküb bizi döydürür”.
Nazdı xanım deyir, başçı ərazini ayrı-ayrı adamlara qanunsuz icarəyə verib: “Biz orada min əziyyətlə heyvan yataqları, çobanlar üçün daldalanacaq otaqlar düzəltmişdik. 4 ildir ki, başçı bizim əizyyətlə qurub-yaratdıqlarımızı halal malı kimi icarəyə verir, pul qazanır. Əkinə yararsız yeri “Patron” şirkətinə illiyi 10 min manata icarəyə vermişdi. O şirkət də əkdi, heç nə bitmədi, növbəti il daha icarə müqaviləsi bağlamadı. Çox gec anladılar ki, o torpaq sahələri yalnız heyvandarlığa yarayır, əkinə yararsızdır”.
Nazdı Mehdiyevanın icarə müqaviləsinin bitməsinə 18 il qalıb. Aidiyyəti qurumlara müraciət etməsinə baxmayaraq, torpağı hələ də özünə qaytarılmayıb və təsərrüfatını bərpa edə bilməyib: “Bu adam nəinki Prezident Administrasiyasını, heç Prezidenti, Birinci vitse-prezidenti də saymır. Birinci vitse-prezident Mehriban Əliyevanın qəbulunda olmuşam, özü qəbul etməyib, müavini qəbul edib, dinləyib, deyib, təsərrüfatınız özünüzə qaytarılacaq. Prezidentə dəfələrlə yazmışam. Prezidentin ərazi-təşkilatı məsələlər üzrə köməkçisi Zeynal Nağdəliyevin qəbulunda olmuşam. Kişi sənədlərimə baxdı, dəstəyi götürüb başçıya zəng vurdu, dedi, adamların təsərrüfatını özünə qaytar, o da o tərəfdən “baş üstə”, dedi. Ancaq rayona qayıdandan sonra qəzəbini mənim üstümə tökdü, dedi, nə var məndən Bakıya şikayətə gedirsən? Onsuz da xeyri yoxdur, nə qədər ki, mən bu rayondayam, o torpağa yaxın gedə bilməyəcəksən. Hara getsən də, buranın xanı mənəm. İnanın ki, hansı qapılara gedirəm, haralardan bu adama zəng vururlar, bu adam heç kimi saymır”.
“Cənab Prezident, maskalıları biz tərəfə göndərin”
Nazdı xanım sonda üzünü ölkənin başçısına tutur. O, İlham Əliyevdən həm də başçının fəaliyyətinin araşdırılmasını istəyir:
“Cənab Prezident, Tərtər cəbhə bölgəsidir. 30 ildir ki, erməni işğaılıçarı bu rayonu zəbt edə bilmir. Ancaq gördüyünüz ki, Müstəqim Məmmədov rayonu təkbaşına zəbt edib. Tərtərdə YAP binasının milyonlarla dəyəri olan əmlakını özəlləşdirib, özünə şəxsi villa edib. Şəhərdə ticarət obyektləri, aptekləri, bahalı şəxsi maşınları, Göygöldə və başqa rayonlarda dəyəri mlyonlara gəlməyən mülkləri, elə mənim icarəmdə olan torpağın üst hissəsində qaynanasının 250 hektar sahəsi var. Adam o nə qədər acgöz olmalıdır ki, şəhidin, müharibə əlilinin ailəsinin heyvandarlıq təsərrüfatına da əl qoya... Biz tək erməninin basqısı altında deyilik, biizm ermənidən daha qorxulu yerimiz var – icra başçımız... Sizdən tək istəyimiz odur ki, o qara maskalı DTX əməliyyatçılarını biz tərəfə də göndərin. Başçının otağında kamera quraşdırsınlar, sonra oturun, o kamera görüntülərinə baxın, görün bizim rayonun başçısı vətəndaşla necə davranır – küçə söyüşləriylə qarşısındakı vətəndaşı necə aşağılayır. Deyəndə ki, mən şəhid ailəsiyəm, deyir, qardaşların mənə görə ölməyib ki... Sizə ümidimizi bağlayıb müraciət etdik. Hər zaman özünüz çıxışlarınızda deyirsiz ki, vətəndaşlar mənə müraciət etsin, buyurun. Biz 20 ailə ümid edirik ki, tezliklə başçı ilə bağlı lazımi tədbirlər görüləcək, 20 ailə heyvandarlıq təsərrüfatına – çörəyinə, ruzusuna, işinə dönəcək”.
Netanyahu Baydenlə telefonda danışdı - 45 dəqiqəlik müzakirə olub
Türkiyədə daha bir klub rəhbəri istefa verdi
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
BMT: "Qəzzaya yardım üçün quru nəqliyyatına alternativ yoxdur"
Ərdoğan Putinə zəng edib: "Vasitəçiliyə hazırıq"
Şərqşünaslıq İnstitutunda seminarda Atatürk dövründə İran-Türkiyə münasibətlərindən bəhs edilib - FOTOLAR
Ramazanın 9-cü günü: imsak və iftar vaxtları
Rumıniyada NATO nəhəng hərbi bazası yerləşdiriləcək
İsrail hərbçiləri jurnalistləri döyüb, daha sonra isə...
Sərhəddə buraxılış məntəqələrinin sayı artırılıb
DSMF-nin sabiq vəzifəli şəxsləri hakim qarşısına çıxarılır
Qarabağ zonasında daha 1394.5 hektar ərazi minalardan təmizlənib
"Qarabağ"ın 8 futbolçusu milli komandaların heyətinə çağırılıb
"ENERGAZER" MMC haqqındakı iddialarla bağlı açıqlama yaydı... - 682 minlik tenderlə bağlı məlumatlar təkzib olunur
NATO Baş katibinə Bakıda hansı cavab verilib?- TƏHLİL
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Aktrisa ayı 270 min olan villanı kirayəyə götürüb - FOTOLAR
YAP İdarə Heyətinin iclası keçirilib - Açıqlama
Aprelin 14-də dövlət qulluğuna qəbul imtahanı keçiriləcək
Britaniya kralı III Çarlz vəfat edib?
Məclisə qəzet təsis etmək hüququ verilib
Prezident Xankəndidə: İlham Əliyev Novruz tonqalını alovlandırıb, xalqı təbrik edib (FOTOLAR)
İlham Əliyev Azərbaycan xalqını təbrik edib - MƏTN
Müğənni Ruhi Əliyeva Qənirə Paşayevanın yerinə deputat olacaq? - Maraqlı video yayıldı
İordan çayının qərb sahilində daha 10 fələstinli saxlanılıb
İsrail-Livan sərhəd xəttində toqquşma davam edir - Tərəflər bir-birlərinə raket zərbələri endirir
İsrailin Qəzzadakı savaşının 164-cü günü: ölənlərin sayı artıb
Azərbaycanla Şanxay Əməkdaşlıq Təşkilatı arasında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb
Əvəz Zeynallı apellyasiya şikayəti verib
NATO-nun Baş katibi Bakıdan belə yola salındı - FOTOLAR
Böyük, orta və kiçik qrant müsabiqələrinin nəticələri açıqlanıb - Kimlər qalib oldu? (SİYAHI)
Sabahın hava proqnozu açıqlanıb
Dövlət İmtahan Mərkəzinin adından saxta səhifə və qruplar yaradılıb
Avstriyada “Bir olaq, həmrəy olaq” adlı tədbir keçirilib - FOTOLAR
HADI və BIDININ nağılı
"Neftçi" "Spartak"la Bakıda yoldaşlıq oyunu keçirəcək
YAP Gənclər təşkilatının keçmiş sədr müavini şikayət verib
Dövlət Xidmətində yeni təyinat olub
Meyxanaçı Namiq Mənanın oğlu xəstəxanaya yerləşdirilib
Hikmət Hacıyev Çinə gedib - Prezidentin köməkçisi Pekində Pakistan səfiri ilə görüşüb (FOTO)