Sabahın hava proqnozu açıqlandı

img

02-08-2020 [12:54]


Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, gecə və səhər bəzi yerlərdə yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Gün ərzində güclü şimal-qərb küləyi əsəcək. 

Mia.az ETSN-ə istinadla xəbər verir ki, havanın temperaturu Abşeron yarımadasında gecə 21-24, gündüz 26-29, Bakıda gecə 21-23, gündüz 26-28 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan aşağı 753 mm civə sütunundan 758 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 50-55 faiz təşkil edəcək.   

Abşeron çimərliklərində gün ərzində güclü şimal-qərb küləyi əsəcək. Dəniz suyunun temperaturu Sumqayıt, Novxanı, Pirşağı, Nardaran, Bilgəh, Zaqulbada 23-24, Türkan, Hövsan, Sahil, Şıxda isə 24-25 dərəcə isti təşkil edəcək.

Avqustun 3-də Azərbaycanın bəzi rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı, ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi gözlənilir. Qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 20-24, gündüz 28-33, dağlarda gecə 13-16, gündüz 17-22 dərəcə  isti olacaq.

Tibbi-meteoroloji proqnoz: Avqustun 3-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi fonunda temperaturun 
iqlim normasına yaxın olacağı gözlənilir ki, bu da meteohəssas insanlar üçün əsasən 
əlverişlidir.


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:27 19.03.2024

Sabah yağış yağacaq