Dünyada koronavirusa yoluxanların sayı 290 minə yaxın artıb - Son 1 gündə

img

01-08-2020 [23:08]


Son sutkada dünyada koronavirusa yoluxanların sayı 289,3 min nəfər artıb.

Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatında bildirilib.

Qeyd edilir ki, dünyada koronavirus xəstələrinin sayı 17,3 milyon nəfəri ötüb. Bununla yanaşı, 675 mindən çox insan pandemiyanın qurbanı olub.

Təşkilatın məlumatına görə, dünyada COVID-19-a yoluxanların sayı 17 396 943-ə çatıb, koronavirusdan 675 060 pasiyent ölüb.

Son bir gün ərzində dünyada 289 321 yeni yoluxma və 6 142 ölüm qeydə alınıb/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR
21:18 23.04.2024

Millimiz Belarusa uduzub