İNAM KƏRİMOVUN KEÇMİŞ KÖMƏKÇİSİNƏ YÜKSƏK VƏZİFƏ VERİLDİ - KTN-də nazir müavini dəyişikliyində maraqlı məqamlar + FOTOLAR

img

01-08-2020 [12:41]


Kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev vəzifəsindən azad edilib.

Mia.az xəbər verir ki, onun yerinə nazirliyin aparat rəhbəri Sarvan Elxan oğlu Cəfərov təyin olunub.

Mia.az xəbər verir ki, yeni müavin nazir İnam Kərimovun ən sadiq kadrlarından biridir.

Maraqlı məqamlardan biri də odur ki, S.Cəfərov 2012-ci ildən 2018-ci ilədək Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN-XİDMƏT) sədrinin (Həmin vaxt bu xidmətin sədri İnam Kərimov olub - Mia.az) köməkçisi vəzifəsində işləyib. 

İnam Kərimov 30 aprel 2018-ci ildə ona Kənd Təsərrüfatı Nazirliyində vəzifə verib. Daha dəqiqi, onu KTN-də də özünə köməkçi təyin edib və həmin gündən o, KTN-də ən "kilid adamlar"dan birinə çevrilib. Sonradan o, nazirliyin aparat rəhbəri postuna qədər yüksəlib, bir çox kadr və digər məsələlərin həllində əsas rol oynayıb...

Qeyd edək ki, S.Cəfərov 1985-ci ilin oktyabrın 28-də anadan olub. 1992-2003-cü illərdə Bakı şəhəri, Nərimanov rayonunda yerləşən 178 saylı orta məktəbdə təhsil alıb.

2003-2007-ci illərdə Bakı Dövlət Universitetində Politologiya ixtisası üzrə bakalavr, 2008-2010-cu illərdə Milli təhlükəsizlik və siyasi strategiya ixtisası üzrə magistr təhsili alıb.

2009-2012-ci illərdə Əmlak Məsələləri Dövlət Komitəsinin Bakı şəhəri üzrə 3 saylı ərazi şöbəsində məsləhətçi vəzifəsində çalışıb.

Yeri gəlmişkən, vəzifədən azad olunan İlham Quliyev 3 ay əvvvəl, daha dəqiqi, 27 aprel 2020-ci ildə Azərbaycan Respublikasında kənd təsərrüfatının inkişafında xidmətlərinə görə “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

İlham Quliyev 27.04.1960-cı ildə anadan olub.

1978-1983-ci illərdə Azərbaycan İnşaat Mühəndisləri İnstitutunda “Sənaye və mülki tikinti” ixtisası üzrə təhsil alıb.

1999-2002-ci illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında “Dövlət və bələdiyyə idarəetməsi” ixtisasına yiyələnib. 

1983-1992-ci illərdə müxtəlif dövlət orqanlarında rəhbər vəzifələrdə çalışıb.1992-1994 Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində Tikilməkdə olan Müəssisələr Müdiriyyətinin direktoru vəzifəsində çalışıb.

1994-1999-cu illərdə Kənd Təsərrüfatı Nazirliyinin Nəzarət-Təftiş idarəsinin rəisi vəzifəsində çalışıb.

1999-2005-ci illərdə Kənd Təsərrüfatı Nazirliyinin Baş Dövlət Texniki Nəzarət Müfəttişliyinin rəisi vəzifəsində çalışıb.

2005-ci ilin 30 sentyabr AR Prezidentinin 1028 nömrəli Sərəncamı ilə Kənd Təsərrüfatı nazirinin müavini vəzifəsinə təyin edilib.

2015-də Kənd təsərrüfatının inkişafında xidmətlərinə görə "Əməkdar kənd təsərrüfatı işçisi" fəxri adı verilib.

  Evlidir, iki övladı var.

Mia.az

Digər xəbərlər
SON XƏBƏRLƏR