"Onun yaxşı anası, xalası var, ona görə də orada oturub" - “Elə adamları rəhbər vəzifəyə təyin ediblər ki..."
01-08-2020 [11:44]
Mədəniyyət naziri vəzifəsindən azad olunan Əbülfəs Qarayev hazırda evində dincəlir. O, özü bu barədə məlumat verib. Sabiq nazir saytın əməkdaşına hər şeyin yaxşı olduğunu bildirib: “Mən mətbuatla əlaqə saxlamaq, danışmaq istəmirəm. Mənzilimdəyəm, yaxşıyam, hər şey normaldır. Təşəkkür edirəm”.
Xatırladaq ki, Əbülfəs Qarayev 21 may 2020-ci il tarixində Prezident İlham Əliyevin sərəncamı ilə mədəniyyət naziri vəzifəsindən azad edilib. Bundan əvvəl, mayın 8-də Dövlət Təhlükəsizliyi Xidməti Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Mədəniyyət nazirinin müavini Rafiq Bayramov və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin rəisi Zakir Sultanov korrupsiya cinayətlərinə görə həbs olunublar. Rafiq Bayramova vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, vəzifə saxtakarlığı, Zakir Sultanova isə vəzifə səlahiyyətlərindən sui-istifadə etmə və mənimsəmə faktları ilə əlaqəli ittihamlar irəli sürülüb.
Hazırda istintaq davam edir. Müavini və xidmət rəisi həbs olunan Əbülfəs Qarayev isə belə görünür ki, sərbəst gəzib dolaşır, üstəlik hər şeyin yaxşı olduğunu deməkdən də çəkinmir. Onun belə arxayınlığı nədən xəbər verir? Əbülfəs Qarayev həqiqətən nazirlikdə baş verənlərdən xəbərsiz olub?
Mia.az-ın məlumatına görə, Mədəniyyət və İncəsənət Universetinin professoru, Xalq artisti Afaq Bəşirqızı musavat.com-a deyib ki, Mədəniyyət Nazirliyində üzə çıxanlar sadəcə biabırçılıqdır:
“Mədəniyyət sahəsində bu qədər yeyintinin ola biləcəyi ağlasığmazdır. İkinci ildir ki, aktyorların, incəsənət xadimlərinin problemlərinin həlli, maddi durumlarının yaxşılaşdırılması üçün çalışır, mübarizə aparırıq. Mən mədəniyyət sahəsində oğurluqların, talanın bu dərəcədə olduğunu, onun xarici ölkələrdə firmalar açması, fantastik qiymətlərə evlərə sahib olmasını bilməzdim. Mədəniyyət sahəsində bu boyda problemlər olduğu bir vaxtda bu adamlar bu qədər varidatı necə əldə ediblər? Mən dəfələrlə şahidi olmuşam, şəhər əlaqəsi telefonları ilə Mədəniyyət Nazirliyinin telefonlarına yığırdın, çox vaxt xidmət haqqı ödənmədiyinə görə xətlər bağlı olurdu. Deyirdilər ki, nazirlikdə pul yoxdur, ona görə də telefonların xidmət haqqını ödəyə bilmirik”.
Afaq Bəşirqızı deyir ki, Əbülfəs Qarayevin bu işlərə qarışması onda çaşqınlıq yaradıb: “Qara Qarayevin qardaşı oğlu, xasiyyətcə xoş biri olan... Mən ona bir aktyorun, aktrisanın, problemini deyirdim. Tanıyıb-bildiyim Əbülfəs Qarayev bu işlərin heç birini təkbaşına görə bilməzdi. Ağlıma belə gəlməzdi bu... Bu boyda yeyinti, bu boyda çapıb talamaq ağlasığmazdır”.
Afaq Bəşirqızı deyir ki, sabiq nazirin arxayın danışması onun xəbərsiz olması demək deyil: “Çünki büdcədən ayrılan pulların xərclənməsində son imzanı nazir atmalıdır. Əlaltılarının bu işləri görməsi üçün mütləq arxayınçılıq, mütləq şəkildə kiminsə göstərişi olmalı idi. Mədəniyyət Nazirliyində baş verənlərin Əbülfəs Qarayev tərəfindən olması mənim üçün ağırdır. Mədəniyyət sahəsində olan insanların br çoxunun ehtiyac içində yaşadığı bir vaxtda belə bir ağlasığmaz yeyintilərin olması, baş verməsi çox ağırdır”.
Afaq Bəşirqızı deyir ki, mədəniyyət sahəsində yerində olmayan çoxlu rəhbər şəxlər olub: “Ümid edirəm ki, təmizləmələr aparılacaq, həmin adamlar mədəniyyət sahəsindən təmizlənəcəklər. Mütləq təmizlənmə aparılmalıdır. Mədəniyyət sahəsi göz qabağındadır”.
Afaq Bəşirqızı deyir ki, mənimsənilməsi ortaya çıxan büdcə vəsaitləri təyinatı üzrə xərclənsəydi, bu gün Azərbaycan mədəniyyəti indikindən daha artıq inkişaf etmiş olardı: “Təsəvvür edin ki, həmin pullar mədəniyyət işçilərinə verilsəydi, vətənin bu dar günündə mədəniyyət xadimləri bir tank alıb ordumuza bağışlaya bilərdilər. Sadəcə, mədəniyyət işçilərinin maddi durumu yetərincə deyil. Mədəniyyət işçiləri elə insanlardır ki, bu gün vətənə lazım olsa, boğazlarından kəsib yardım edəcəklər. Düzdür, maaşlarımızı prezident artırıb. Problemlərimizi prezident eşidir və həll edir, buna görə ona böyük rəğbətim var. Amma eyni zamanda 50 faiz artımla mümkün olan şey deyil. Ailə var, uşaq var. Gənc Tamaşaçılar Teatrının tanınmış gənc aktyoru yuyucu tozları topdan alıb satır. Niyə? Çünki ehtiyacı var. Çətin durumda yaşayır. 2 uşağı xəstədir, kirayədə yaşayır. Onun durumunu direktor görüb və kabinetində oturub ağlayıb, ürəyi gedib. O aktyoru tez-tez efirdə görürsüz, dövlət tədbirlərində olur. Amma o, bu günə qədər heç kimə ağız açıb deməyib ki, mən ailəmi, uşaqlarımı saxlamaq üçün, kirayə pulunu ödəmək üçün yuyucu toz satıram. Nisyə alır, qiymətin üstünə 50 qəpik qoyur və satır. Başqa bir tanınan aktrisamız var. Əməkdar artistidir. Milli Dram Teatrının aktrisasıdır. Bakıda yaşayan Türkiyə vətəndaşlarının evlərində təmizlik işləri görür. Bunları biz nə vaxta kimi gizlədəcəyik? Belə bir vaxtda Mədəniyyət Nazirliyinə, mədəniyyət işçilərinə ayrılan pulların mənimsəniməsi insani hərəkət deyil”.
Afaq Bəşirqızı deyir ki, Mədəniyyət Nazirliyində rəhbər vəzifələrdə olan şəxslərlə bağlı da addımlar atılmalıdır: “Elə bir adamları rəhbər vəzifəyə təyin ediblər ki... mənə kurator qoyublar, o adam mənə nə kuratorluq edə bilər? Onun yaxşı anası, xalası var, ona görə də oturub orda. Əxlaqsızlar durub əxlaqdan danışır. Efirlərin ipini-vişini yığmağın vaxtıdır. Azərbaycan mədəniyyətini zəhərləyirlər. Mədəniyyəti zəhərləmək, zəiflətmək Azərbaycan dövlətçiliyini zəiflətməkdir. Hər bir dövləti mədəniyyətlə tanıyırlar. Moskvada rəy sorğusu keçirmişdilər. Ruslar deyirdi ki, Azərbaycan Müslüm Moqamayevin vətənidir. Demədilər ki, Mədəniyyət Nazirliyində o boyda yeyintilərə yol verən hansısa bir yararsızın vətənidir, dedilər ki, Müslüm Moqamayevin vətənidir. Bizi mədəniyyətlə tanıyır dünya. Korrupsiyaya, oğurluqlara son qoymaq lazımdır. Bu bizi heçə-puça aparır”.
Afaq Bəşirqızı deyir ki, hüquq mühafizə orqanları baş verənlərin müqabilində müvafiq cəza tədbirlərini həyata keçirməlidir: “Onun müavininin yanında olub-olmamasını da hüquq mühafizə orqanları müəyyən edir. Hər şey göründüyü kimi olmaya da bilər. O işləri görən adamlar təkcə Əbülfəs Qarayevə arxayın ola bilməzlər. O boyda yeyintini musiqi məktəblərinin boynuna qoyub yığmaq, teatrların üzərinə qoymaq düşünürəm ki, təkcə Əbülfəs Qarayevin gücündə olan məsələ deyil. Nazir kimi, əlbəttə, məsuliyyəti olub. Amma vəzifələri icra edənlər çox vaxt marionetlər olur”.
Qırğızıstan prezidenti Azərbaycana gəlib - FOTO (Yenilənib)
Rasim Balayev: "Məni aşağıladılar, ailəmə yaxın adam..." - MÜSAHİBƏ
Sabah hava necə olacaq? - Proqnoz
İzmirdə PKK/KCK əməliyyatı: 6 nəfər saxlanılıb
Xankəndidə yenə silah-sursat tapılıb
AMEA-da yeni şöbələr yaradılıb - Yeni təyinatlar olub
İstanbulda FETÖ əməliyyatı: daha 13 nəfər tutulub
Ticarətçı: "Deputat olmaq istəmirəm"
Pentaqon: "İsrail Rəfaha hücuma tərəddüt edir"
ABŞ-da TikTok qadağan olunur - Senat layihəni təsdiqlədi
Əli Əsədov Şura üzvlərini topladı: yeni tapşırıqlar verilib - FOTO
Azərbaycan nefti bir dollar bahalaşıb
Məşhur aktyor "Arka Sokaklar”a dönür
Türkiyə kuboku: "Beşiktaş" yenə qazana bilməyib
5 MİN MANATADƏK QEYSƏRİYYƏ ƏMƏLİYYATLARI: bazar, yoxsa...? - Hansı həkim neçəyə edir? (SİYAHI)
"Aston Villa" məşhur məşqçi ilə müqaviləni uzadıb
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
Türkiyədə 43 əfqan saxlanılıb
Rusiya müdafiə nazirinin müavini saxlanılıb
Millimiz Belarusa uduzub
Arda Gülər "Real Sosyedad"lə oyuna əsas heyətdə meydana çıxacaq
“Biz kənardan gələn ciddi təhdidlər və problemlərlə üzləşmişdik" - İlham Əliyev quru sərhədlərin bağlanmasından danışdı
Xankəndidə silah-sursat aşkarlanıb
Aparıcı: "Vado Korovinin "Space"yə rəhbərlik edib-etməyəcəyi bəlli deyil" - "Allah heç kimi heç kimin yanında xəcalətli etməsin"
Pul, reytinq, əxlaq... - Lalə Azərtaş getdi, bəs o biri verilişlər də bağlanacaqmı? (Açıqlamalar)
AQC Direktorlar Şurasının yığıncağı keçirilib
Kibercinayətkarlığa qarşı mübarizədə ictimai maarifləndirmə məsələləri müzakirə edilib - FOTOLAR
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
İLHAM ƏLİYEV BEYNƏLXALQ FORUMDA: "Biz onlara bu şansı verməyəcəyik" - FOTOLAR (YENİLƏNİR)
Nigeriyada terrorçular "at oynadır" - Daha 15 nəfər öldürülüb, xeyli qadın qaçırılıb
Polis və prokurorluğa çağırışdan boyun qaçırma... - Bu halda axtarış da elan ediləcək (Yeni qanun)
"Fransa, Hindistan və Yunanıstan Ermənistanı bizə qarşı silahlandırır" - "Biz oturub gözləyə bilmərik"
“Sığorta ödənişinin verilməsi Qaydası”nda dəyişiklik olunub
Azərbaycanla Ermənistan sərhədləri müəyyənləşir: koordinatlar dəqiqləşdirilib - Rəsmi açıqlama yayıldı (Yenilənib) - FOTO
Türkiyədə daha bir mütəşəkkil cinayətkar dəstə zərərsizləşdirilib
Gömrük sədri Bakı gömrüyündə qapıda qalıb... - Maraqlı oay
Prezident İlham Əliyev: "Ermənistan Naxçıvanla yol əlaqəsini qurmaq imkanını bloklayır"
Fatih Terimin komandasını gərgin oyunlar gözləyir
Müğənni: "Heç vaxt o geyimdə məclis idarə etmərəm"
Ceyhun Bayramov Çexiya XİN başçısı ilə görüşüb (Yenilənib)
AVRO-2024: hakimlərin adları açıqlandı - SİYAHI
Deputatlar arasında "atışma": "Tahir Mirkişili növbəti dəfə mənə uğursuz cavab verməyə cəhd etdi"
Polis əməliyyatı: Astara sakini 51 kq narkotiklə tutulub