İranda yoluxanların sayı 304 204 nəfər oldu

img

31-07-2020 [14:38]


İranda son sutkada koronavirusdan 197 nəfər vəfat edib.

Bu barədə İranın Səhiyyə və Ailə Rifahı Nazirliyinin sözçüsü Sima Sədət Lari bildirib.

Onun sözlərinə görə, son 24 saat ərzində koronavirusa yoluxanların sayı 2 674 nəfər artaraq 304 204 nəfərə çatıb. Koronavirusdan ölənlərin ümumi sayı 16 766 nəfərə yüksəlib, 263 519 pasiyent isə sağalıb./Report


Digər xəbərlər
SON XƏBƏRLƏR