Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
31-07-2020 [00:07]
Qoç - günün ilk yarısı intensiv dialoq, son məlumatların və informasiyaların mübadiləsi üçün əlverişlidir. İşgüzar səfər, ezamiyyət istisna deyil.
Çalışdığınız kollektivdə rəhbərliklə açıq danışın.
Günün ikinci yarısında fəaliyyət şəraitinizin yaxşılaşdırılması üçün konkret addımlar atmaq olar. Yeni biliklər əxz edin, təcrübənizi artırın.
Sevdiyiniz adam maraqlarınızı bölüşəcək. Mübahisə etməyin.
Buğa - yaxın ətrafınızdakı insanların dəstəyinə ehtiyacınız var. Maraqlı ideyalar və kreativ fikirləriniz az deyil. Onlar sizə gəlir və mənəvi rahatlıq vəd edir. Həmin ideyaları həyata keçirməyin, rifahınızı yüksəltməyin yollarını düşünün.
Günün ikinci yarısında mübhəm xəbəri paylaşmasın. Bələd olmadığınız insanlara sirr verməyin. Maliyyə məsələlərində diqqətli olun. Alış-verişdə çox pul xərcləməyin.
Ailə büdcəsinin qayğısına qalın.
Əkizlər - cari hadisələrin çərçivəsində darıxa bilərsiniz. Gərginlik və narazılıq qəti addımlar atılmasını tələb edir.
Mahiyyət etibarilə sizə indi, sadəcə, "tətiyin çəkilməsi", qəfil etiraf, informasiya gərəkdir. Bundan sonra dəyişiklikərin zəncirvari reaksiyası başlanacaq.
Olduğunuz mövqelərin laxlamasının qarşısını alın.
Yaxınlarınızla söhbətlər və müzakirələrin önəmi artır. Dəstəyə nail olmaq üçün səbrli və müdrik olun.
Xərçəng - önəmli qərarlar qəbul etməzdən əvvəl nüfuzlu insanların mövqelərini araşdırın. Onların məsləhətlərini qulaqardına vurmayın. Dostlar və tanışlarla qayğıkeş davranın. Maddi rifahınızın inkişafında maraqlı insanları özünüzdən kənarlaşdırmayın.
Günün ikinci yarısında büdcənizə zərər vurmayın. Bədxərclik etməyin. İnternet vasitəsilə nə isə ala bilərsiniz.
Yaxınlarınızın qayğılarından, problemlərindən hali olun.
Laqeyd insan təsiri bağışlamayın.
Şir - konstruktiv dialoq sayəsində məqsədlərə çata bilərisniz. Uğurlar sizi gözləyir. Ən müxtəlif insanlarla ünsiyyətdə radikal olmayın. Mövqelərinizi möhkəmlətmək üçün bütün addımları atın.
Günün ikinci yarısında bütün işlərin öhdəsindən müstəqil gəlməyə can atmayın. Kollektiv fəaliyyətdə xeyir var. Bəzi məsələlərdə fikir müxtəlifliyi ilə barışın.
Sevdiyiniz insanın qəfil sualları sizi naqolay vəziyyətdə qoymamalıdır. Açıq söhbətə hazır olun.
Qız - tapşırıqları qulaqardına vurmayın, səlisliyə can atın. Əsas diqqəti bilavasitə səlahiyyətlərin yerinə yetirilməsinə yönəldin. Hadisələrlə gəngin, aktiv, parlaq gündür. Passiv olmayın, yeniliklərə can atın.
Günün ikinci yarısında inzibati işlərdə səhvlərə yol verməyin. İntensiv ünsiyyət zamanıdır. Dostlar arasında mübahisədə sizdən şahidlik etmək istəniləcək. Situasiyadan səbr və təmkinlə hali olun.
Axşam saatlarında dəvət aldığınız yerə yollanın.
Tərəzi - aktiv, mütəhərrik, çevik olun. Görduyünüz işə laqeyd yanaşmayın. İşdə rəhbərliyin tapşırıq və göstərişlərini vaxtında yerinə yetirin.
Günün ikinci yarısında yaxın ətrafınızdakı insanlarla təmaslarda subordinasiyanı pozmayın. Həddən ziyadə səmimiyyət problemlər vəd edə bilər.
Ailə üzvlərinizin həyatında aktiv iştirak edin. Mühüm məsələləri nəzərdən qaçırmayın.
Əqrəb - özünüzü sərbəst hiss etsəniz, məqsədə doğru daha sürətlə irəliləyə bilərsiniz. Ünsiyyətə açıq olun, yeni tanışlıq imkanlarından yararlanın. Xidməti yazışma məhsuldar olacaq. Maraqlandığınız insanla təkbətək danışın.
Günün ikinci yarısında prinsiplərinizin bəzisinin təftişə və təhlilə ehtiyacı var. Düzəlişlər qaçılmazdır. Yaşamla bağlı mühafizəkar baxışlarınız, ənənələrə və köhnə qaydalara sədaqətiniz qarşı tərəfin xoşuna gəlməyə bilər. Həmin insan eksperimentlərə və yeniliyə meyllidir.
Oxatan - gün ərzində yaşanacaq hadisələr sizdən aktiv olmağı tələb edir. Həyatınızda bundan sonra da əvvəlki təki qalmasının mümkünsüz olduğu nəsnələrə dəyişikliklər etmək gərəkdir.
Vidalaşmaq gərəkdiyi nəsnə və ya insanları intuitiv ayırd edin. Başqa mühüm işlə məşğul olmaq üçün vaxt tapın.
Bu, çətin, amma vacib məsələdir.
Sizi narahat edən məsələlərə praktik müstəvidən baxın.
Sizin üçün mühüm insanlarla münasibətlərdlə böhran yaşana bilər.
Oğlaq - pulunuzun qədrini bilin, bədxərclik etməyin. Maliyyə vəsaitinizlə mənasız risklər etməyin. Xərclər artsa da, gəlirlər dəyişmir. Borcları vaxtında qaytarın, kredit ödənişlərini gecikdirməyin. Maliyyə öhdəliklərinə unutqan yanaşmayın.
Günün ikinci yarısında danışıqlarda, hesabatların tərtibatında ehtiyatlı olun.
Pul məsələsi dostlar və qohumlarla münasibətlərinizi səngidə bilər.
Axşam saatlarında gəzintiyə çıxın.
Dolça - uğurlu, yaxşı gündür. Kommunikasiyaların effektiv olmasına çalışın. İnsan naturasının incəliklərinə bələd olmağa can atın. Danışıqlarda və müzakirələrdə qarşı tərəfi haqlı olduğunuza inandırın.
Günün ikinci yarısında yalanlara aldanmayın, vədləri reallıq qismində qəbul etməyin. Sevdiyiniz insanla münasibətlərdə köhnə mübahisə yenidən alovlana bilər. Mövqeyini anlatmaq üçün arqumentləri normal qaydada seçin. Zəif yerlərə zərbə endirməyin.
Axşam saatlarında normal istirahət edin.
Balıqlar - dəyərlər və hisslərdə konkretləşdirməyə nail olmaq üçnü önəmli görüş, ya da müzakirəyə ehtiyac var. Kənar hadisələrlə yad təsirlərin gücü artır.
Çətin gündür. Özünüzlə bağlı xoşagəlməz etiraf, habelə kiminsə rahatlığınızı və işlərinizi pozmağa çalışması istisna deyil.
Günün ikinci yarısında xoş hadisələr istisna deyil. Borcun qaytarılması, önəmli məsələ ilə bağlı təlaş və ya narahatlığın əbəs olmasına dəlalət edən, çoxdan gözlənilən məlumatın alınması mümkündür.
Milli.Az
Aprel çağırışı yekunlaşır - Xidmətdən açıqlama (FOTO)
Prezidentin köməkçiləri, şöbə müdirləri və... - Onların qəbul günləri açıqlandı (CƏDVƏL)
Azərbaycan-Ermənistan sərhədində 20 sərhəd dirəyi quraşdırılıb
"Bakcell" ilə innovasiya dövrü başlayır - Açıqlama (FOTOLAR)
Xankəndidə yenə silah-sursat tapılıb
DSMF sədri də vəzifədən çıxarıldı
Energetika Nazirliyində Macarıstan XİN başçısı ilə görüş olub
Elnur Əliyev: "Azərbaycan inkişafının yeni mərhələsinə qədəm qoyub"
AĞACLARI KƏSİR, SONRA TİKİNTİ APARIRLAR: Yaşıllaşdırma idarəsi isə... - Bakıda daha bir yaşıl soyqırıma nazirlikdən gecikmiş reaksiya (FOTOLAR)
Qırğızıstan Prezidentinə Qarabağ atı hədiyyə edilib - FOTO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank yeni məzənnəni açıqladı
Buraxılış imtahanlarında ən yüksək nəticənı hansı rayonların şagirdləri göstərib? - DETALLAR
Qırğızıstan Prezidentinin Azərbaycana dövlət səfəri başa çatıb
ƏƏSMN-ə nazir əvəzi təyin olundu - Sərəncam
Azərbaycan və Qırğızıstan prezidentləri birgə nahar ediblər - FOTO
Avropa Parlamenti Gürcüstanda xarici agentlər haqqında qanunla bağlı qətnamə qəbul edib
Prezident İlham Əliyev Şarl Mişeli COP29-a dəvət edib
Eşq məktubu, dağılan ailə, gecə evə basqın və nəhayət, qisas... - Kürdəmirdəki ilginc olayın təfərrüatı
"Sərhəd dirəyinin quraşdırılması o deməkdir ki..." - Erməni spiker
Britaniya kralı mühacirlərə bağlı qanunu təsdiqlədi - Ruandaya deportasiya olunacaqlar
Keçmiş Ombudsman Elmira Süleymanova vəfat edib (Yenilənib)
Azərbaycanda TikTok bağlanacaq? - Sorğu
Güclü fırtına həbsxananı dağıdıb - 119 məhbus qaçıb
AZAL-ın sabiq prezidenti: "Məni biabır etmək istəyirlərsə..."
Zaxarova: "Cənubi Qafqazda sabitliyi pozmağa çalışırlar"
Avstraliyada 160 balina sahilə çıxdı, onlardan 26-sı ölüb -FOTO
Baş Prokuroluq mediaya çağırış edib - Professorun ölümü ilə bağlı
Akşeneri kim əvəzləyəcək? - İYİ Partiyası gərgin qutrultaya gedir
Bakıda üç məktəbin direktoru cəzalandırılıb - Səbəb
Qəzzada daha jurnalist həlak olub
Sabah hava necə olacaq? - Proqnoz
"Poz-Qazan” layihəsi millətin cibinə necə girir? - VİDEO
NAXÇIVANIN BAŞ NAZİRİ VƏZİFƏDƏN AZAD OLUNDU- Yeni təyinat (FOTO)
ABŞ Ukraynaya uzaqmənzilli raketlərin gizli şəkildə çatdırılmasını təsdiqləyib: "Bu, Rusiyanın..."
SÜDDƏ QUŞ QRİPİ AŞKARLANIB
Kosmosda silahlanma... - Rusiya qətnamayə veto qoyub
Azərbaycan Ordusunda komanda qərargah təlimləri keçirilir - VİDEO
20 minə yaxın bakalavr magistraturaya imtahan verəcək - Bu tarixdə
Müğənni: "Bunu kimə desəm deyər ki, sənə ayıb olsun!"