Gürcüstanın yeni prezidenti bəlli oldu

img

28-10-2013 [10:49]


Gürcüstanda oktyabrın 27-də keçirilmiş prezident seçkisinin ilkin nəticələri bəlli olub.

Parlament çoxluğunu – hakim koalisiyanı təmsil edən Georgi Margvelaşvili 62,19% səslə öndə gedir və onun prezident seçildiyi şübhə doğurmur. Onun ən yaxın izləyiciləri – indiki prezident Mixail Saakaşvilinin partiyasından olan namizəd David Bakradze 21,86%, sabiq parlament sədri Nino Burcanadze 10,04% səs toplayıb.

Margvelaşvili baş nazir müavini, elm və təhsil naziri postunu tutur. O, 1969-cu il sentyabrın 4-də anadan olub. 1992-ci ildə Tbilisi Dövlət Universitetini bitirib. Fəlsəfə elmləri doktorudur.

1994-1995-ci illərdə biznes şirkətində marketinq departamentinin rəisi olan Margelaşvili 1995-2000-ci illərdə ABŞ Milli Demokratiya İnstitutunun Gürcüstan nümayəndəliyində çalışıb. 1996-1997-ci illərdə Tbilisi Müstəqil Universitetində fəlsəfə və mədəniyyətdən dərs deyib.

2010-2012-ci illərdə Gürcüstan İctimai İşlər İnstitutunun rektoru olub.

Gürcüstan hökumətində 2012-ci ildən yer alır.

Rus və ingilis dillərini bilir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2025, MİA