“Trabzonspor”un Çempionlar Liqasına yolu bağlandı - "Beşiktaş"a "yaşıl işıq" yandı

img

30-07-2020 [22:29]


Bu gün İdman Arbitraj Məhkəməsi (CAS) Türkiyənin “Trabzonspor" komandasının avrokuboklardan kənarlaşdırılması ilə bağlı qərar verib.

Mia.az xəbər verir ki, "Qara dəniz" komandasının CAS-a etirazı əsassız sayılıb və bununla da UEFA-nın 1 illik cəza barədə qərarı qüvvədə saxlanılıb.

Məhkəmənin açıqlamasında bildirilir ki, “Trabzonspor”un maliyyə feyr-pleyi qaydalarına əməl etməməyi təsdiqlənib: “Buna görə də klubun etirazı rədd edilib”.

Beləliklə, bu qərardan sonra Super Liqanın gümüş mükafatçısı olan "Trabzonsporun Çempionlar Liqasında oynamasının qarşısı kəsilib. Bu isə super liqaının 3-cüsü “Beşiktaş”ın işinə yarayıb.

Belə ki, “Trabzonspor”un CAS-ın ardından İsveçrə Federal Məhkəməsinə şikayəti də bir nəticə verməzsə, o zaman "Beşiktaş” ÇL-də çıxış edəcək.

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR
12:08 18.03.2024

HADI və BIDININ nağılı