Hökumətdən orta məktəblərdə ştat sayı və meyarlarla bağlı - Qərar

img

30-07-2020 [21:28]


 Nazirlər Kabinetin "Ümumi təhsil müəssisələrinin növləri üzrə Meyarlar" qərar verib.

Reyting.az xəbər verir ki, qərara əsasən, ibtidai ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər, Ümumi orta ümumtəhsil məktəblər və  Tam orta ümumtəhsil məktəblər üzrə aşağıdakı meyarlar müəyyənləşib:

-ümumi təhsilin ibtidai təhsil səviyyəsini əhatə etməsi; 

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi; 

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum-təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Ümumi orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

-ümumi təhsilin ibtidai və ümumi orta təhsil səviyyələrini əhatə etməsi;

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-məktəbin azkomplektli formada fəaliyyət göstərə bilməsi;

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi.

Tam orta ümumtəhsil məktəbi üzrə meyarlar aşağıdakılardır:

-ümumi təhsilin ibtidai, ümumi orta və tam orta təhsil səviyyələrini əhatə etməsi;

-tədrisin dövlət standartları və proqramları əsasında təşkili;

-tam orta təhsil səviyyəsində təmayüllər üzrə (humanitar, texniki, təbiət və digər) tədrisin təşkil edilməsi;

-ştat sayının “Azərbaycan Respublikası dövlət ümum- təhsil məktəblərinin, liseylərin və gimnaziyaların nümunəvi ştatları haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 may tarixli 59 nömrəli Qərarı ilə müəyyənləşdirilməsi. 


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA