"Böyük uğurlara imza atacağıq" - Azərbaycan millisinin yeni baş məşqçisi azərbaycanca danışdı

img

30-07-2020 [18:37]


AFFA ilə rəsmi müqavilə imzalayan Azərbaycan millisinin yeni baş məşqçisi Canni De Byazi təyinatı ilə bağlı danışıb.

AFFA-nın rəsmi "Facebook" səhifəsində açıqlama verən italiyalı mütəxəssis fikirlərini Azərbaycan dilində ifadə edib.

64 yaşlı baş məşqçi əvvəlcə hamını salamlayıb: "Mən Canni De Byazi. Biz birlikdə böyük uğurlara imza atacağıq. Birlikdə inanaq".

Qeyd edək ki, De Byazi ilə müqavilənin müddəti UEFA Millətlər Liqasının cari mövsümünü və DÇ-2022-nin seçmə mərhələsini əhatə edir/Report.


Digər xəbərlər
SON XƏBƏRLƏR