“DOSTLUQ PARKI”: çağdaş tariximizin ən ləkəli səhifəsi - Polkovnik yazır
30-07-2020 [17:29]
İbrahim RÜSTƏMLİ,
Ehtiyatda olan polkovnik
***
Yazımın ikinci fəslini "Dostluq parkı”nda, sökülmüş möhtəşəm malikanələrin xarabalıqlarında qələmə alıram, dizlərimin üstündə.
Məncə, "sökülmüş” ifadəsi mənəvi imkanlarına görə bu yerdə demək istədiyim fikirləri öz həqiqi ünvanına çatdırmaq zorunda deyil. O üzdən qarşılıqlı anlaşma prinsiplərinə və əxlaq normalarına güvənirəm: ona öz yerini "viran qoyulmuş”, yaxud "yerlə yeksan” edilmiş ifadələrilə bölüşməyi təklif edirəm.
Ətrafın mümkünsüz təsviri önündə dərhal razılaşırıq. Axı biz daşıdıqları məsuliyyətin və sərgilədikləri məsuliyyətsizliyin ümumi fonunda heç tükü də dəbərməyən bəzi məmurlardan deyilik ki, vəzifədən, mandatdan ikiəlli yapışaq; vəzifəni, mandatı ailə biznesinə çevirək; özümüzü camaata güldürək…
Beləliklə, (rica edirəm,) məşhur "Dostluq parkı”ndan, əslində isə viran qoyulmuş malikanələrin xarabalıqlarından hazırladığım bu reportajı mənəvi təlabatımın təzahürü kimi qarşılayın.
Dostluq – şirinliyinə aldandığım bu ifadənin ağrı-acısını ayrı-ayrı zamanlarda, ayrı-ayrı farmatlarda çox yaşamışam. Ancaq bu ağrı-acı "Dostluq parkı”ndakı gizli koalisiyanın oturuşduğu qəliblərə hec cür sığmır.
Mən çıxılmaz vəziyyətdəyəm. Özümü yad planetdə, qürbətdə hiss edirəm. Yardıma ehtiyacım var. Ancaq tənhalığa və yalqızlığa çoxdan öyrəşmiş yaradıcı bir insanın hazırkı vəziyyətini başa düşmək və ona kömək etmək hər yoldan ötənin işi deyil.
Zarafat eləmirəm: Çəkisizliyin toz-torpağa bürünmüş bu xaotik məkanında hatta ən zərif kəpənək qanadlarına yüklənə bilərəm…
İnanın, mən doğrudan çıxılmaz vəziyyətdəyəm: Özümü öz yurdumda, öz vətənimdə əcnəbi kimi hiss edirəm. Düşüncələrimə hakim kəsilmiş qərarım isə kifayət qədər mühafizəkardır; özünə alternativ tanımır: xalqdan qopmaları, parçalanmaları bir müddət məharətlə pərdələyən və bu məqsədlə öz həqiqi mənasını simvolik siyasi imporivizələrə, jestlərə, hətta hipnoza verən "DOSTLUQ (PARKI)” çağdaş tariximizin ən ləkəli səhifəsi, ən ibrətamiz dərsidir. Buna heç kimin şübhəsi olmasın!
Bu "dostluq” dövləti, iqtidarı xalqdan ayıran, özləri üçün rəmzi ada yaradan, indilərdə isə sadəcə verilən şansa görə uşaq kimi əllərini bir-birinə sürtə-sürtə sevinən bir qrup dardüşüncəli məmurun qüsurlu fantaziyası, qüsürlu intellektual məhsulu idi. Nəticəsi özünü çox gözlətmədi: "Dostluq parkı”, binaları və insanları oda qalamaqla öz qətlinə fərman verdi…
Mən bu fərmanı imzalayan, sonra dərhal bükülüb yumruğa çevrilən, Koroğlunun əmudu kimi "Dostluq parkı”ndakı qala divarlarına, malikanələrə çırpılan o ələ doğru gedirəm; o əli sıxıram; o əldən yapışıram!..
Sizdən yox, cənablar! (Çünki sizin ancaq arxanızı görə bilirəm).
O üzdən, lütfən, ölkənin birinci şəxsini bu qədər qəti, bu qədər sərt qərarlar verməyə vadar etməyin! Axı bu gün daşı-divarı, malikanələri ağzına alıb zibilliyə kürüyən o buldozerlərin sabah öz təyinatını, daha doğrusu, öz obyektini çox asanlıqla dəyişmək fürsəti hazırkı məqamda kifayət qədər aktual və realdır. Bunu unudanlar tarixin kəmfürsət ironiyası, inadkar reallığı qarşısında davam gətirə biləcəklərinə ümid bağlamasınlar. Çünki reallıq həmişə acı olur, həmişə amansız olur, həmişə güclü olur, həmişə qalib olur…
Fikirlərimin bu qədər kritik, bu qədər kriminal, bu qədər xaotik ünsürlərlə "güləşdiyi” məqamında qara bir maşının "Dostluq parkı”na doğru şütüdüyünü görürəm və bu xarabalıqların ümumi fonunda o maşının reallıqla uzlaşmayan çox parlaq və bahalı görkəminə təəccüblənirəm.
Arxa qapı açılan kimi yerə atılan və yalnız özünəxas sürətlə viranəyə doğru addımlayan adamı isə tanımamaq olmur: O Bakının meridir; Bakının direktorudur; nəhayət, bu xarabalığın müəllifidir, bu viranənin baş memarıdır…
Qeyri-adi jestləri, qeyri-adi hərəkətlərilə çoxlarının gülüşünə, ironiyasına səbəb olan bu adam da indi öz çılğınlığını ilə mənim qulunca dönmüş sinirlərimi, ölümə bərabər tənhalığımı əridə bilmir və yalnız gəncliyimdə şahidi olduğum maraqlı bir hadisəni yadıma salmaqla tükənir. Bununla da, bizə antrakt üçün əla fürsət vermiş olur…
Antrakt: Ali məktəbdə bir müəllimim vardı. Xətti çox gözəl idi. Hərfləri bir-birinin yanına muncuq kimi düzürdü. Mənə elə gəlirdi ki, o yazmır, sadəcə ovcuna yığdığı hərfləri bir-bir lövhəyə yapışdırır. Hüsnxəttə o qədər diqqət yetirərdi ki, hərdən hərflərin yerini səhv salardı, ya da hansısa birini unudardı.
Əsl mərəkə də bundan sonra başlardı. Auditoriyadakı ərköyün tələbələr "pıkkıldayan” kimi müəllim dərhal diksinər, dözülməz bir acizliklə, dözülməz bir həyacanla geri çevrilər, bizə tərəf boylana-boylana yazdıqlarının hamısını pencəyinin qolu ilə silərdi. Və bu zaman özünü necə itirərdisə, sol əlində tutduğu silgini belə xatırlamazdı…
Yox, yox, o utanmırdı! O qorxurdu! Özü də çox pis qorxurdu! Səhv etməkdən qorxurdu!..
Mən bu qorxunu həyatımda ilk dəfə görürdüm.
Mən bu qorxunu bir də çox-çox sonralar, amma tamam fərqli farmatda Qarabağda – cəbhədə gördüm: yan-yörəsində mərmilər partlayan zaman şalvarını isladan bəzi əsgərlərin gözlərində. Nə isə…
Bu qorxu o qədər eybəcər və o qədər dözülməz idi ki, məni bir daha o müəllimin mühazirələrində görən olmadı…
İndi Bakı merinin hansı hərfi unutduğunu, hansı sözdə səhv buraxdığını arayıb-axtarmaq (məlum səbəblərə görə) şəxsən mənim üçün dünyanın ən axmaq və dözülməz məşğuliyyəti təsiri bağışlayır. Ali məktəb müəllimimi xatırladan bu adam "Dostluq parkı” adlı faciənin baş qəhrəmanıdır. O təkdir! "Epizodik qəhrəmanların” isə hamısı səhnə arxasındadır. Biz onları görürük. Amma onlar bizi görmürlər, buna görə də elə düşünürlər ki, guya biz də onları görmürük. Çünki ailəliklə kasıb süfrə (kasıb süfrəsi yox ha!) arxasında əyləşib şirin ağızla pendir-çörək yeməyin ləzzətini çoxdan itiriblər.
Lakin problem yalnız bununla bitmir. Məsələ burasındadır ki, indi səhnədə tək-tənha vurnuxan, faciə qəhrəmanı kimi təqdim etdiyim bu adam, yəni gözlərimin önündəki viranənin baş memarı özünü öz öbrazının ən pis ifaçısı kimi aparır. Məni ən azından gözlərimi yummağa vadar edir.
Ancaq ümidlərimin tükəndiyini düşünmürəm. Çünki onu yalnız faciə qəhrəmanı kimi görməyə adət etməmişəm. O dəyişkəndir, qeyri-müəyyəndir, fərqlidir. Bəlkə ona görə bir qədər də güclüdür: heç kimin gözləmədiyi halda adi bir jestlə, adi bir baxışla oynanılan "əsərin” janrını dəyişə biləcək qədər güclü.
Məsələn, "ölkədə bir dənə kişi…” kimi məlum bəyanatı ilə o vaxt başım(ız)a elə bir qappaz (niyə qappaz? – bunu sonda biləcəksiniz) vurdu ki, indinin özündə də gözlərimin içinə kimi qaşınıram… Amma onu bu rolda da kifayət qədər qüsurlu gördüm. Ən azından ona görə ki, insana, şəxsiyyətə aid fikirlərdə "dənə” sözünü işlətmək ziyalılığa, məmura yaraşmayan və hətta bağışlanmayan səhvdir…
Baxın, Hacıbala müəllim, mən 24 il ordu sıralarında xidmət etdim: kuryerdən baş redaktora, əsgərdən polkovnik-leytenanta kimi yürüdüm. "Hər rütbəmdə minlərlə şəhidin və qazinin haqqı vardır. Onların haqqını qorumaq məndən ötrü namus borcudur”…
Bir Qarabağ qazisi tanıyırdım. Döyüşlərdə hər iki ayağını itirmişdi. İtkin düşmüş ayaqlarını ancaq gecələr unudurdu. Gecələr səhərədək sayaqlaya-sayaqlaya öz səsinə ayılardı və siqaret yandırmaq üçün özünü çarpayıdan yerə atardı. Üzüquylu döşəməyə çırpılardı. Atası onu hər gecə ağzı-burnu qan içində yerdən qaldırıb yenidən çarpayısına uzadardı.
Atası hər gecə səhərədək onun başı üstündə keşik çəkərdi, bir əlində siqaret, bir əlində alışqan…
Gecələr unutduğu ayaqlarını səhərlər xatırlayardı, səhərlər yadına salardı qazi qardaşım. Bu dəfə anasını haraylayardı. Bu dəfə anası səhərdən axşamacan çarpayısının başı üstündə keşik çəkərdi. Və hər dəfə də oğlunun dözülməz bağırtısına, mümkünsüz istəyinə qulaq asa-asa bağrı yarılardı:
- Ayaqlarımın altını qaşı, ay ana, ayaqlarımın altı qaşınır!!!
Əvvəlcə anası, sonra atası, daha sonra özü Şəhid oldu…
Onlar bu dövləti quranlardır. Hacıbala müəllim, heç olmasa Onların haqqına girməyin. Heç olmasa torpağın altında rahat uyusunlar. Hərçənd ki, o buldozerlərin, o ekskavatorların, o traktorların aramsız hay-həşirində, qulaq batıran gurultusunda heç buna da əmin deyiləm. Ancaq bir şeyə əminəm ki, günahlarınızın izini itirmək üçün bu gün tələmtələsik əkdiyiniz ağaclar sabah onsuz da böyüyən köklərilə onlara hər şeyi danışacaqlar…
Və sonda: Şuşada bir Məşədi Bəylər varmış. Bir gün ondan qapaz sözünün neçə "p” ilə yazıldığını soruşurlar.
Düşünmədən cavab verir:
– O baxır qapazın necə əllə vurulmasına...
P.S. Deyə bildim?...
Mia.az
BMT Suriya prezidenti ilə DİN başçısı haqqında sanksiyaları ləğv etdi - ABŞ-ın istəyi ilə
"Fənərbağça" ilə oyunda qırmızı kart alan Orkun Kökçü açıqlama yaydı: "Əlimdən gələni edəcəyəm"
Bu gün sizi nə gözləyir? - BÜRCLƏR
"İlham Əliyevdən üstün ordusu olduğu halda, niyə davam etmədiyini soruşdum, dedi ki..."
Həsən Şaş: ""Qalatasaray" 4 komandadan başqa hər kəsi məğlub edər"
Türkiyənin "Fəlakət bölgəsi" elan edilən rayonu yenə silkələnib
Leroy Sane Almaniya milli komandasına dəvət aldı - SİYAHI
Azərbaycanda bu xanım nazir ola bilər - FOTO
Tibbi yardım təlimləri keçirilib - FOTO
Lionel Messi: "İnanılmaz bir şəhərdə yaşayıram və..."
Ziraat Türkiyə Kuboku: 4-cü turun püşkü atıldı - Qarşılaşmalar
Ərinin sifətinə 3 litr qaynar yağ töküb öldürən qadın: "Uşağın yanında məni zorladı"
Ceyhun Bayramov NATO nümayəndə heyətini qəbul edib
Əməkdar artist Vahid Əliyev vəfat edib
"Beşiktaş" "Antalyaspor" matçına hazırlaşır
Futbol üzrə millimiz Bakıda 2 oyun keçirəcək - Ayxan Abbasovun milli ilə yeni sınağı var
Masazırda gölü qurudulur: evlər hansı sənədlə tikilir? - VİDEO
Dollar neçəyə olacaq? - Mərkəzi Bank 5 günlük məzənnəni açıqladı
Prezidentin köməkçisi: "44" bədii filminin çəkilişləri uğurla başa çatıb" - FOTOLAR
Nazir Teymur Musayevə ağır itki üz verib
Dövlət Agentliyinə əlavə xidmət sahələri verildi - Fərman
DAHA BİR QURUM YARADILDI - Fərman
“Tarqovı”da 19 yaşlı oğlan öldürülüb - Əmisi saxlanılıb
Azercell və Müdafiə Nazirliyi arasında əməkdaşlıq memorandumu imzalandı - “Əsgərcell”
Tural Güləhmədov müşavir təyin edilib
Məşhur müğənni və aktrisalara qarşı narkotik ittihamı - 7 nəfərlə bağlı araşdırma dayandı
İsrail Livanın cənubunu bombalayıb
Rabitə naziri nömrələrlə bağlı yeni qərar imzaladı - CƏDVƏL
"Eurohome"un arxasında da kim dayanıb? - Sahibkardan ilginc iddia
Nəsimi rayonunda Zəfər günü ərəfəsində sərgi təşkil olunub - FOTOLAR
“Nar”dan ikinci avtomobil uduldu - həyəcan artır!
HƏMAS daha bir israilli girovun cəsədini "Qırmızı Xaç"a təhvil verib
"Horadiz–Cəbrayıl-Zəngilan–Ağbənd avtomobil yolu istifadəyə verildikdən sonra ödənişli olacaq"
"Tərtər işi": general-mayorun şikayəti təmin edilmədi
NAZİR ÖZÜNƏ DAHA BİR MÜŞAVİR GÖTÜRDÜ - Əsasnamələrdə mövcud olmayan yeni post sahiblərinin maaşı 3700 manatdan başlayır
Zahid Oruc Qətər rəsmiləri ilə görüşüb - FOTO
HAZIRLIQ KURSU RƏHBƏRİNDƏN ŞOK ƏMƏL: 11 abutiriyentin üzərinə xüsusi cihaz quraşdırıblar...
KTN-nin vəzifəli şəxslərinə cinayət işi açıldı - 3 maddə ilə
Sabah hava necə olacaq? - Proqnoz
Media subyektləri üçün vergi güzəştləti bu tarixədək uzadılacaq