Təhsil Nazirliyinə 1,5 milyon manat ayrıldı - Sərəncam

img

30-07-2020 [14:52]


Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonunun Zarağan kəndində 528 şagird yerlik yeni ümumtəhsil məktəbi binasının tikintisi üçün 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentinin ehtiyat fondundan Təhsil Nazirliyinə ilkin olaraq 1,5 milyon (bir milyon beş yüz min) manat ayırıb.

Mia.az xəbər verir ki, bununla bağlı dövlət başçısı sərəncam imzalayıb. 

Maliyyə Nazirliyinə göstərilən məbləğdə maliyyələşməni təmin etməli, İqtisadiyyat Nazirliyi isə ümumtəhsil məktəbi binasının tikintisinin başa çatdırılması üçün zəruri olan maliyyə vəsaitini 2021-ci il dövlət büdcəsi layihəsində dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə nəzərdə tutması tapşırılıb.

Nazirlər Kabineti isə sərəncamdan irəli gələn məsələləri həll etmək tapşırılıb


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA