Vüsal Kərimli həyat yoldaşı əlil, oğlu əsgər olan şəxsi işdən çıxarıb

img

30-07-2020 [14:02]


İmişli sakini Ağayev Rəsul Əli oğlu Milli Məclisin deputatı Razi Nurullayevə müraciət edərək, heç bir əsas olmadan BNA-dan (Bakı Nəqliyyat Agentliyi) işdən azad olunduğunu bildirib.

Bu barədə deputatın rəhbərlik etdiyi partiyadan Mia.az-a verilən məlumata görə. həyat yoldaşının 2-ci qrup əlil, oğlu hərbi xidmətdə olduğunu, çətinliklə dolandığını bildirən İmişli sakini deputatla görüşmək istəyib:

"Vətəndaş qəbul edilib, problemi dinlənib.

Qeyd edək ki, bənzər şikayətlə bağlı İbayev Murad Əşrəf oğlu da Razi Nurullayevə müraciət edib.

Seçicilərin müraciəti ilə bağlı Deputat Razi Nurullayev BNA rəsmisi Vüsal Kərimli ilə əlaqə saxlayıb, hər iki şəxslə bağlı araşdırma aparılmasını və onların işlərinə bərpa olunmasını xahiş edib".

Mia.az


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA