Türkiyə super liqasında sonuncu pilləni tutan 3 klub 1-ci liqaya göndərilmədi - Komandaların sayı artırıldı

img

29-07-2020 [19:10]


Türkiyə Super Liqasında I Liqaya düşən komandalarla bağlı gözlənilməz qərar verilib.

Mia.az xəbər verir ki, federasiyanın qərarı ilə bu mövsümdə son 3 pilləni tutan "Ankaragücü", "Yeni Malatyaspor" və "Kayserispor" klubları superliqanı tərk etməyəcək.

Bununla bərabər, I Liqadan daha 3 komandanın superliqaya yüksəlişi təmin olunub.

Beləliklə, qarşıdakı mövsümdə superliqada 18 deyil, 21 komanda mübarizə aparacaq.

Qərara görə, 2020/2021 mövsümünün sonunda isə sonuncu 4 yeri tutacaq klublar I Liqaya enəcək, onları isə 3 yeni komanda əvəzləyəcək. Beləliklə, 2021/2022 mövsümündən Superliqa 20 komanda ilə keçiriləcək. 


Digər xəbərlər
SON XƏBƏRLƏR