BAKIDA GÖLÜ QURUDAN KƏMALƏDDİN HEYDƏROVUN YAXIN DOSTU ÇIXDI - Hacı Salayevə sərt tapşırıq verildi

img

29-07-2020 [18:05]


Bakının Yasamal rayonunda "Üç Tac" yaşayış kompleksinin yaxınlığında, Həsən bəy Zərdabi və Akim Abbasov küçələrinin kəsişməsindəki gölün ətrafındakı ərazinin təmizlənməsi və ilkin vəziyyətə qaytarılması üzrə işlər aparılır.

Mia.az Unikal.org-a istinadla xəbər verir ki, gölün ətrafında ağaclar əkilərək yaşıllıq və park salınacaq.

Qeyd edək ki, göl ətrafında otel tikdirmək istəyən sabiq millət vəkili Hacı Salayev olub.

H.Salayev Fövqəladə Hallar Nazirliyinin Akademiyasının rəisi, general-mayor Baba Salayevin qardaşıdır.

Mia.az xəbər verir ki, Hacı Salayev bu ilin fevralın 9-da keçirilən parlament seçkisində Abşeron-Sumqayıt seçki dairəsindən deputatlığa namizəd olub. Lakin o, seçki gününə bir neçə gün qalmış prosesdən geri çəkildi. Onun FHN rəhbəri Kəmaləddin Heydərovla çox yaxın dost olması da sirr deyil.

Yeri gəlmişkən, xatırladaq ki, orada gedən tikintini müvafiq qurumlar dəfələrlə dayandırmaq istəsə də, buna nail ola bilməyiblər. Belə ki, hər cəhddən az sonra yenidən tikinti başlasa da, bu dəfə Bakı Şəhər İcra Hakimiyyəti müdaxilə edərək, tikintini dayandırıb, sabiq deputatı müvafiq tədbirlər görməyə məcbur edib.

Yasamal gölünün qurudulması və ərazidə qanunsuz tikinti aparılması haqda rəsmi qurumların açıqlamaları ilə aşağıdakı linklərdən tanış ola bilərsiniz:

https://www.mia.az/w993614/yasamal-ih-xalqa-niye-yalan-melumat-verib-komite-de-qanunsuz-tikintinin-dayandirilmasi-haqda-aciqlama-yaydi-2020-07-20-163817

https://www.mia.az/w994123/baki-icra-hakimiyyeti-yasamalda-qurudulan-golle-bagli-aciqlama-yaydi-2020-07-28-151023

Mia.az

img

Digər xəbərlər
SON XƏBƏRLƏR