Bakıya sərnişin daşıyan taksi sürücüsü saxlanıldı - FOTO

img

29-07-2020 [17:23]


Karantin qaydalarını pozaraq bölgələrdən paytaxta sərnişinlərin hərəkətinə şərait yaradan daha bir sürücü polis əməkdaşları tərəfindən saxlanılıb. Həyata keçirilən əməliyyat nəticəsində bu qanunsuz fəaliyyətlə məşğul olan Xızı rayon sakini Anar İbrahimov tutulub. 

Araşdırma zamanı onun idarə etdiyi avtomobillə müvafiq icazəsi olmadan Bakı-Quba yolunun 52-ci kilometrliyində yerləşən postdan kənar paytaxta sərnişin daşıdığı məlum olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Mia.az-a verilən məlumata görə, saxlanılan sürücü barəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün məhkəməyə göndərilib. Karantin qaydalarını pozan Anar İbrahimov məhkəmənin qərarı ilə 25 sutka inzibati qaydada həbs edilib.

Daxili İşlər Nazirliyi karantin qaydalarını pozaraq bölgələrdən paytaxta və əks istiqamətdə qanunsuz yolla sərnişin daşıyan sürücülərə bir daha xəbərdarlıq edərək onlardan Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargahın tətbiq etdiyi bütün qaydalara riayət etməyi  tələb edir. Əks halda həmin sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilərək barələrində ciddi intizm tədbirləri görüləcəkdir.


Digər xəbərlər
SON XƏBƏRLƏR

Saytda yerləşdirilmiş hər bir materiala olan hüquqlar Azərbaycan Respublikasının qanunvericiliyinə, həmçinin müəlliflik hüququ qanunlarına əsasən qorunur. Müəlliflərin mövqeyi redaksiyanın mövqeyi ilə uyğun gəlməyə bilər. Saytdakı materiallardan istifadə zamanı istinad zəruridir.

"Mia.az Xəbər Portalı" MMC müvafiq dövlət orqanında qeydiyyatdan keçmişdir. © Copyright 2026, MİA