Rusiyanın "Kommersant" nəşri Azərbaycana qarşı təxribata yol verib

img

29-07-2020 [16:43]


Rusiyanın “Kommersant” nəşri Azərbaycana qarşı təxribata yol verib.

Məlumata görə, “Kommersant” qəzetinin 29 iyul tarixindəki nömrəsində və saytında dərc olunan "Turetskopodannıe" adlı məqalədəki illüstrasiyada xəritə dərc olunub.

Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin birgə hərbi təlimlərindən bəhs edən məqalədə yayımlanan xəritədə Azərbaycanın Ermənistanın işğalı altındakı əraziləri ayrıca, “Tanınmamış Dağlıq Qarabağ Respublikası” adı altında göstərilib. Dağlıq Qarabağdan başqa işğal altındakı yeddi rayon da qondarma rejimin ərazisi kimi qeyd olunub.

Müəlliflərindən biri erməni Ayk Xalatyanın olduğu məqalədə Azərbaycan və Türkiyənin birgə hərbi təlimlərindən narahatlıq ifadə olunub/APA.


Digər xəbərlər
SON XƏBƏRLƏR